PRoMete, Fuad Dadaşov - Gec Deyil mahnı sözləri (lyrics)
[PRoMete, Fuad Dadaşov - Gec Deyil mahnı sözləri lyrics]
Neçəsini yaşadıq, neçəsi qalıb?
Necə yaşayaq pozulmasın balans?
Gündüzün yaşadıq, gecəsi qalıb
Həyat alır əlimizdən gücümüzü günü-gündən
Yaratmaq üçün rezonans
Gedib illəri saniyəsi qalıb
Başlamaq üçün deyil heç vaxt gec
Ətrafa gör, bax, seç amma ki, etmə vaxtı heç
Qalıb gec, güc vaxtında
Sərf olunsa, o qədər düzdür
Vaxtı düzgün bölən adam üçün
50-50 deyil, 100-dür!
Aç qanadlarını uç havalara sən
Al şüalarını bir də sevgi günəşdən
Nə qədər gücün var, o qədər
Sənindir bu külli bəşər
Gəz, sev, yaşa, yarat, ol!
Özündən sonra qoy əsər!
Kiməsə ata malı mirasdır pullarla
Mənimsə atam həmişə deyir ki, suallarla
Yaşa və onda düzgün göstərəcək səni güzgün
Pisi nümunə götürmə, yaxşılıq olsun ölçün
Soruş özündən - niyə belə "yox"
Niyə belə "hə"?
Önə apara bilər ancaq "niyə"lər
Soruş ki, niyə filankəs, yox niyə mən?
Demə ki, filankəs niyə "hə", mən "yox"
Nədən?
Bu bədən bir işə yaramır, əgər boşsa baş
Və illər də boşa gedir, yaramır işə yaş
Sanki qarasız aş, ya da üzüksüz qaş
Bunu başa düşə biləndə etmə heç təlaş
Çünki bu həyat deyil marafon
Nə qədər qaçırsan qaç, bir gün çatır son
Amma ki, düz bol sən, düz bol vaxtı
Söz ver, ancaq onda ki
Buna imkan verir vaxtın
Bir də ki, yaşamaq üçün yaxşı
Bəs deyil ancaq naxşın
Gərəkdir alta maşın, üstdə başın, cibdə yaşıl
Yanında dost da varsa, daim həyat alınıb
Qəddini dik tut, önə bax, açıq alnın!
Aç qanadlarını uç havalara sən
Al şüalarını bir də sevgi, sevgi, sevgi
Aç qanadlarını uç havalara sən
Al şüalarını bir də sevgi günəşdən
Nə qədər gücün var, o qədər
Sənindir bu külli bəşər
Gəz, sev, yaşa, yarat, ol!
Özündən sonra qoy əsər!
Aç qanadlarını uç havalara sən
Al şüalarını bir də sevgi günəşdən
Nə qədər gücün var, o qədər
Sənindir bu külli bəşər
Gəz, sev, yaşa, yarat, ol!
Özündən sonra qoy əsər!
Aç qanadlarını uç havalara sən
Al şüalarını bir də sevgi, sevgi, sevgi
Sevgi, sevgi, sevgi… sevgi, sеvgi, sevgi