PRoMete - #icmal1 mahnı sözləri (lyrics)
[PRoMete - #icmal1 mahnı sözləri lyrics]
Uzun müddət içində saxladıqca
Üzə çıxarmaq daha da çətinləşir
Yalan isə od kimidir, nə yaxşı, nə də pis
Ya qızdırır, ya da yandırır
Bilirəm nədən yazım, amma niyə axı?!
Yazdığım hər sətrə qara kostyumlular baxır
Adamı tutub basarlar sətrinə görə içəri
Onda da ən yaxşı halda soyular
Nəsimi kimi dərin
Doğmur Günəş bu yerlərdə
Onun da çatıb "dolya"sı
Kiminsə qohumusansa, yasımdan üstündür toyun!
Ya da boğum sevincimi
Toyumdan üstündür yasın
Tutun basın bu köpək oğlunu
Tutun içəriyə basın!
Bir vaxtki silahdaşlarım indi kiminsə dalında
Girib oturub özünə rahat mənzil
Almaq ümidi ilə
Sonra da ağıl öyrədir efirdə gəncliyimə
Onun-bunun pxuna bulaşmış o uzun dili ilə!
Açığı Camal-ı da anlaya bilmirəm
Nədir istəyi?! Yazmışdım söyüş söyəndə: "Bu
Hərəkətini sevmədim!"
Sonra da bayrağa döş yapışdırdı
Qovuldu "Meydan" dan yenə də bir tutarlı
Məntiqə uyğunluq görmədim!
Bu qədər qalmaqalın, dava dalaşın ortasında
Nadirin "Maral"ları hələ də efiri partladır!
Snoop yola verir Aygünü
Röya Fransada taksidə
Zorxana Fikrət oğlu "Fort
Boyard"a açar paylayır!
Zuckerberg bizim üçün daha çox edir
Nəinki yerli TV-lər
Yerli saytlar göstərir ki
Soyunur yerli civilər
Dünyanın hər yerində eyni cür qlobal siyasət
Kapitalizm quruluşunu atmaq lazımdır zibilə!
Vətən mənə oğul desə nə dərdim
Mənim vəziyyətim mamırdan da beş-bətərdir!
Vətəni sevməyən insan olmaz
Yox, vətəni sevən adamda imkan olmaz!
Vətən mənə oğul desə nə dərdim
Mənim vəziyyətim mamırdan da beş-bətərdir!
Vətəni sevməyən insan olmaz
Yox, vətəni sevən adamda imkan olmaz!