PRoMete - Otaq mahnı sözləri (lyrics)

[PRoMete - Otaq mahnı sözləri lyrics]

Sən bəlkə də bilmirsən, nədir diri ikən ölmək
Sən bəlkə də bilirsən, amma dinmirsən
Dinə bilmirsən
Qulağına qonağam məni daha dərinə burax
Bax gör nəyi sənə mən, nəyi
Mənə sən verə biləcəksən, bir az paylaşaq

Keçdik içəri, mən çox içən deyiləm
Amma bəlkə birgə içərik
Açarıq ürəyimizin dibini
Bir-birimizin üzünə deyəsi sözlər var
Deyərik qulağa
Sonra qulaqcıqların ipi dolaşar bədənə
Gedərək yuxuya, dönərik yumağa

Bu fikirlər apara bilər bizi hələ çox uzağa
Amma qorxusu yoxdur (yoxdur, yoxdur)
Yox, yoxdur! İtirilə biləcək nələrsə
Qismət ümidinə buraxılanlardır
Hər bir pislik içində də mütləq
Kiçik bir yaxşılıq vardır



Bilirəm mən, bunu mənə deyən olmayıb, yox!
Bu çətin olsa da çox "puzzle" kimi
Hissə-hissə yığmışam mən özümü
Bəli beləyəm və bir gün məni
Tanıyan doya bilmir dadıma
Amma ki, varam o kəslərçün ki, düşüb yadına
Aparır qulağına məni

Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi ya da al səsi
Qoy heç kəs eşitməsin bu mahnı sənindir

Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi ya da al səsi
Qoy heç kəs eşitməsin bu mahnı sənindir

Bu mahnı sənindir, şəxsi otağın kimi
Otaq eyni qalır
Amma rənglər dəyişir əhvalla və hər bir yaşda

Bu mahnı dərindir, şəxsi otağın kimi
Nəyi haraya gizlətdiyini səndən
Qeyri kimsə bilməz
Hər sətirin xatirəsi bir başqa

Bu mahnı sərindir, şəxsi otağın kimi
Hamıya istidir
Amma sənin havan sənin əlindədir
Qulaqlarındakı qulaqcıq kimi

Bu mahnı sənindir
Sən onu eşitmədən o bir işə yaramaz
Onu sevdiyin geyim tək geyib, yerinə as

Zamanı gələnə qədər o qalacaq orda
Və bir gün yenə də yararlı olacaq ancaq onda
Anlayacaqsan ki, nədir dəyəri bu sətirlərin
Mənim də bitici bir ömrüm var
Bitəcək geriyə qalacaq sətirlərim

Və bil ki
Hər dəfə "play"ə basdıqca Mete geri gəlir
Necə də qəribədir quruluş
Bəli bəli seçimi playlistin edir
Yox oluş, ya da var oluş
Sənin səs verən o əlindədir
Və hər bir "replay" yenidən
Həyat verməyə bərabərdir

Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi ya da al səsi
Qoy heç kəs eşitməsin bu mahnı sənindir

Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi ya da al səsi
Qoy hеç kəs eşitməsin bu mahnı sənindir

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio