PRoMete, AYKA - Oyun mahnı sözləri (lyrics)

[PRoMete, AYKA - Oyun mahnı sözləri lyrics]

Dünyaya sorğusuz gəldik
Sözlər ölkəsində qələm aldıq
Əllərimmi oldu günahkar bu
Yazılan sətirlərə görə
Yoxsa, beyin fikirləşdi?!
Çıxılmaz sualların dilemmasında azdıq

Bizə hər şey azdır, biz tamah övladları
Biz günah övladları, buz tutub ürəkləri!
Biz nə edə bilərdik ki, belə olmaması üçün?!
Hər şeyin başlanğıcı bizdən daha əvvəldir

Bizim qaranlığımız vardı
Biz bu qaranlığı da yardıq ki
Bəlkə, Günəşi taparıq arxasında
Amma orda heç Ay da yox idi
İndi heç ümid də yoxdur
Əvvəlində bitdi oyunum, bizi aldadırmışlar

Anlayanda ancaq güldüm, həyatı ikiyə böldüm
Bundan sonrakı və bundan əvvəlki
Yəni, inandığın
Bir də soyuqluğun hakimiyyəti bəs, sevgi?
Sevgi də kimdədirsə, gizlədir

O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

Danışmağa çox şey var
Bu qədər ömür yaşayandan sonra
Başqalarının da yükünü beldə daşıyandan sonra
İçimdə peşmançılıq hissi yoxdur başladıq deyə
Ulduz etmək istəsəniz də, biz qalxmadıq göyə

Çox tərif yağdı, amma hansı içdən
Hansı yalandan? Seçmək olmur üstdən isti
Baxışı soyuq salamdan
İçimdə əminlik var, bilirəm, xoşdur gələcək
Əgər, nəyəsə layiqiksə
Boşdur başqa hər gerçək

Sulanır indi hər dibçək, amma nə fayda?!
İçilən zəhərdirsə
Yaşamaz insan hətta böyük sarayda
Bəsit insan çox sayda
Öz planları ilə nəyisə arzulamaq
Bir qayda, həyat nə hayda, biz nə hayda?!

Nə qədər qəlb hələ də darda kömək gözləyir
İçimdə qorxu var ki
Bəzən kömək əlimi gözlədir
Beyində suallar var ki, əsl həyat sorğusu
İçimdə ruh var, onun içində azad olmaq arzusu

O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

Bizim qaranlığımız vardı
Biz bu qaranlığı da yardıq ki
Bəlkə, Günəşi taparıq arxasında
Amma orda heç Ay da yox idi

Beyində suallar var ki, əsl həyat sorğusu
İçimdə ruh var, onun içində azad olmaq arzusu

O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio