PRoMete - Tanqo mahnı sözləri (lyrics)
[PRoMete - Tanqo mahnı sözləri lyrics]
Sənin ülgücdən də iti
Həqiqəti doğram doğram edən baxışların
Pərdələr açılır, bu buludlardır pərdələr
Dərbədər bu dünya
Mənə nə qədər yaşadıb ayrılığını?!
İndi sənli günləri mənə ərmağan
Edib sanki tanrı boş yatağımın içində
Amma nə qədər sola və nə qədər sağa mən
Dönəcəyimi bilmirəm ki
Sənli günlərimdə sənsiz saatlarla
"Tanqo"dur bu mahnının adı
Hər səhər oyanan kimi düşündüyüm tək kəssən
Üzümə təbəssüm qonaq gəlir
Gizlədirəm hər kəsdən mən qəsdən
Hərdən səni qorxuduram yazılarımla bəlkə də
Buna görə biraz gözlədəcəklər
Qapılarında cənnətin məni
Cənnətim mənim sənli anlarımdır
Kim? De! Kim məni olduğum kimi anlar indi?!
Pansufi eşq dəlisi olaraq qələmə verin məni!
Amma dəyişə bilməyəcəm heç nəyə onun ətrini
Qızardı Günəş hirsindən, dan və qürub
Adının sənə qoyulduğunu görüb, durub, damın
Üstündən baxıb, gülüb
Zövq alıram gedişatından həyatın
Həyatın bir anını belə buraxmadan
Tut əlimi bərk-bərk sən
Qonaq gedək uzaqlara, uzaqlara, uzaqlara
Həyatın bir anını belə buraxmadan
Tut əlimi bərk-bərk sən
Qonaq gedək uzaqlara, uzaqlara
Qələm aciz, əlim hakim, yazır-tökür sətirləri
Beyin aciz, uca varlıq verir-verir fikirləri
Gücüm aciz, sözüm sənin
Yazdıqca hey yazır əlim bu nə işdir
Zərif iylim?! Cazibən hey çəkir məni
Çəkil bulud
Çəkil mənim gözümə düşən o Günəşi görüm
Yoxsa, gəzilmir, bu şəhərin hər bacası
Küçəsi zülm i̇sti avqust yenə gəlsin
Verim ona zanbaq gülün
Son dəfə də bu notları eşidib, razıyam
Sonra ölüm
Biz nağıllarla böyümüşük
Həyatımızda hər şeyi nağıl
Kimi etməyə çalışmışıq
Hər addımımızda Cənnət
Hər qorxumuzda Cəhənnəm görəcəyimizdən
Əmin olmuşuq və sevgi
Sevgi həyatımızdan ayrılmaz bir hiss olub
Biz ona inanmışıq
Onun bütün suallarımıza cavab olacağı
Ümidi ilə yaşamışıq i̇nanaraq yaşamışıq