PRoMete, Farid Dadashov - Tonus mahnı sözləri (lyrics)
[PRoMete, Farid Dadashov - Tonus mahnı sözləri lyrics]
Yaxşı beat həmişə məcbur edir
Qələmi yazmağa bir hit
Başa da düşə də bilmirsən ki
Bu necə baş verir?
Yaş gedir, gün ağla yaşla bir, artır elə bil
Günahlar, savablar, sualları cavabla
Bu bir oyun, vəziyyətlər – "IQ" testi
Həyat mebel deyil, biz içində qab-qacaq dəsti
Bəsdir bağlandın otağına, çıx bayıra
Bax nə baş verir
Bundan dəhşətli heç nə yoxdur, "brat"
Yaş gedir
"Kaş" deyib
Geriyə baxmamaq üçün vaxtla oynama
Vaxt çox amansızdır
Həmişə qurunun oduna yaş gedir
Nə qədər gücümü yığaraq, irəli
Getmək istəsəm də, alınmır
Deyəsən çatmışam və bundan o yana olmur
Dayandım
Həyatda hər bir səhv bir səhifədir
Nədir dadı yaşamağın, bəlkə geyimdədir?
Ya da küçədədir, dörd çarx üstündədir
Şəhər böyük tüstüdədir
Keçmişdədir, qəfəsdə xəstə nəfəslər
Dərslər bitib, ölüb dərs verən kəslər
Daddy bu trekdə PRoMete ilə birlikdədir
Fərq etmir, bu mahnı küçədədir, ya evdədir
Efirdədir bizim səsimiz, bu gün hər yerdədir
Kimi kölgədədir, kimi bölmədədir
Kimlər qürbətdədir, kimlər hörmətdədir?
Kimlər kimə görə kimləri incidir, kim bilir?
Həyatda hər bir səhv bir səhifədir
Nədir dadı yaşamağın, bəlkə geyimdədir?
Daddy bu trekdə PRoMete ilə birlikdədir
Bizim səsimiz bu gün hər yerdədir
Həyatda hər bir səhv bir səhifədir
Nədir dadı yaşamağın, bəlkə geyimdədir?
Daddy bu trekdə PRoMete ilə birlikdədir
Bizim səsimiz bu gün hər yerdədir
Bir gün gözünü açıb özünü görəndə göydələndə
Sevinmə, hətta əgər Dubaydasan, ya USA-də
Bil ki, səndən öncə də olub oranı fəth edən
Sayma özünü bərk gedən, sən bir ruhsan
Bir bədən
Bil, bu pul deyil böyük zibil və bil ki
Əsl xəzinə deyil elə də dərində
Nəbzi tut və yerində hiss et ki
Nədir "əla", nədir "pis getmir"
Risk et, bro, risk etmir
Hər yoldan keçən insan, yox!
Zamanı geriyə çevirə bilən yoxdur insanlardan
Ona görə sən istifadə
Eləməlisən lazımlı anlardan
Heç kimi qaytarma kandardan, bil
Həyat hədiyyədir hədiyyəni al, qədrini bil
Geriyə zay edib qaytarma
Həyatda hər bir səhv bir səhifədir
Nədir dadı yaşamağın, bəlkə geyimdədir?
Daddy bu trekdə PRoMete ilə birlikdədir
Bizim səsimiz bu gün hər yerdədir
Now this one is combination
Between Daddy and PRoMete
Greetings from sunshine Baku city you
Know I am saying keep it positive!