PRoMete, Orkhan Zeynalli - 40-cı Qapı (Alterego H.O.S.T) mahnı sözləri (lyrics)
[PRoMete, Orkhan Zeynalli - 40-cı Qapı Alterego H.O.S.T mahnı sözləri lyrics]
Biz həyatdan filmə baxırıq
Yoxsa, filmdən həyata?! Kainat çox qəribədir
Nağıllar verir maraq ümidsiz camaata
Bir neçə saata sökülə bilər
Ömür boyu tikilən etibar qalası
Cənnətə yol cızanların bağlanar qapısı
Bir günlük fərz-fatihə qədər
Bağlı qapılar mənə dərd verər
Barmağında arzularını qatla
Hər kəsin öz seçimi var həyatda
Qapılar arxasındakı çapıqlar
Qarşı tərəfin etiraz hissləri
Yaddaşımda qorxunc fikirlər
Hər yeni gün keçmişi gizlədir
Mən bəzən fikrə gedəndə gözlərim yol çəkəndə
Gecə vaxtı Aya baxanda
Yuxulu, ya da ki, oyaq qalanda
Hər beynin öz düşüncəsi
Hər ürəyin sevinci-kədəri var
Kim dünyasını dəyişmək istər?!
Hər dünyanın öz dərdi vardır!
Çığırdım, bağırdım
Qapı bağladır, qapı bağlıdır
Əllərim uzana qaldı
Qapı bağlıdır, qapı bağlıdır
40-cı qapı, 40-cı qapı
Bizi nağıllarla böyütdülər ki
Həyat asan görünsün bizə
Gücümüz çatanlar Cırtdan oldu
Bizdən güclülər döndü Divə
Və bir gün böyüdük baxanda
Gördük ki, həyat daha da qəddar
Bizi bağlayıb dörd divarlara
Bizi bağlayıb dörd divarlı evə
Gücümü yığaraq bu divarı aşacam
Axtarıb hardasa mən açarı tapacam
Önümü kəsən qorxulu divi öldürüb
Açarla 40-cı qapını mən açacam
Gücümü yığaraq bu divarı aşacam
Axtarıb hardasa mən açarı tapacam
Önümü kəsən qorxulu divi öldürüb
Açarla 40-cı qapını mən açacam
Çığırdım, bağırdım
Qapı bağladır, qapı bağlıdır
Əllərim uzana qaldı
Qapı bağlıdır, qapı bağlıdır
40-cı qapı, 40-cı qapı
Çığırdım, bağırdım
Qapı bağladır, qapı bağlıdır
Əllərim uzana qaldı
Qapı bağlıdır, qapı bağlıdır
40-cı qapı, 40-cı qapı