PRoMete, Jamila - Bəs indi?! mahnı sözləri (lyrics)
[PRoMete, Jamila - Bəs indi?! mahnı sözləri lyrics]
Bu səssizlik kar edir, var idin, bəs indi?
Əllərin dondurur, üzümə toxunma, uzaqda dur
Yoluma çıxma sən, bu qədəri bəsimdir
Təcrübə sevgidə yaramır heç bir işə
Sevgi oyunlarında yer yox vərdişə
Hər dəfə eyni halqaları fırlanmalı olursan
Və oyundan çıxırsan əgər yorulsan
Burulğan olur, ancaq hər şeyin əvvəlində
Həvəslənirsən, qeydlər eliyirsən dəftərində
Sənə bağışlanır səhvlərin də
Sevinirsən ki, sevilirsən səhvlərinlə belə
Amma hər şey dəyişir həftələrlə, günlərlə
Saniyələrlə
Həyat dolmağa başlayır maneələrlə
İçində baş verən şübhələrlə oyanırsan gecələr
Anlaya bilmirsən - nə bu qarışıq hadisələr
Qapanırsan, hər şeydən sən soyuyursan
Kənardan izləyərək anlamağa qoyulursan
Ya cəhənnəm istisində yanaraq kül olursan
Ya da soyuqdan iliklərinə qədər donursan
Bu soyuqluq üşüdür, üşüdüm, üşüdüm
Bu səssizlik kar edir, var idin, bəs indi?
Əllərin dondurur, üzümə toxunma, uzaqda dur
Yoluma çıxma sən, bu qədəri bəsimdir
Küsmək, barışmaq, bu bəzəyidir sevginin
Amma əgər hər küsəndə dəyişmirsə sevgilin
Sən sevmək nədir bilirsənsə, arifsən onda
Bilirsən, dərin batan tikanı var hər gülün
Hər bir günün dəyəri də başqadır sən sevəndə
Sanki bütün dünya gülür - bunu sən istəyəndə
Fəsillərdən nə olur olsun, heç bir fərqi yox
Sənə xətər gəlmir soyuqdan istidən də
Son söz, bil heç vaxt deyil sənin son söz
Sən ancaq deyərək korlaya bilərsən - ön söz
Kin yığmaq, başına cin vurmaq, özündən çıxmaq
Axmaqlıq sən heç nəsən sevgidə dözümsüz
Nə qədər dözümün var, ondan çox dözəcəksən
Elə bilmə ayrıldın, daha tənha üzəcəksən
Əgər daddınsa bircə dəfə dadını
Adını çəkib, gözünü yumub, sonra köçəcəksən
Bu soyuqluq üşüdür, üşüdüm, üşüdüm
Bu səssizlik kar edir, var idin, bəs indi?
Əllərin dondurur, üzümə toxunma, uzaqda dur
Yoluma çıxma sən, bu qədəri bəsimdir