PRoMete, Sailor - Eşq mahnı sözləri (lyrics)
[PRoMete, Sailor - Eşq mahnı sözləri lyrics]
Sevə-sevə, ya da ki çox çətin
Hər yeni gün yepyeni bir səhifə
Qədrini bilək biz eşqin, məhəbbətin
Nə qədər var güc dururuq ayaqda
Hər yeni tanışlıq dayaqdır
İnsana qiymət vermə uzaqdan
Fərqi yox qoca, cavan, uşağqdır
Bir gün mütləq hamı çatır istəyinə
Əsas odur ki, istəyəsən
Sən hələ çatmamısan, istə yenə
Çox da yola vermə istəyi sən
Həyat mövcud, ancaq hədəfdən hədəfə
Xoşbəxtlik belə gəlir hər dəfə
Kimin hədəfi çözmək problemi
Kiminki qulluq eləmək kefə
Sən seç özünü, gör kimsən
Hədəflərin nədir, yolun hara
Kimliyimizi niyyət bəlli edir
Niyyətin haradır, yolun ora
Yaşayırıq həyatı bir dəfə
Sevə-sevə, ya da ki çox çətin
Hər yeni gün yepyeni bir səhifə
Qədrini bilək biz eşqin, məhəbbətin
Mən gəzdiyim bu küçələrin uşağı
Bəlkə də kiməsə bu yaddır
Hər dəfə ayaq basdıqca torpağa
Məni özümə daha yaxın edir hər addım
Buraların elə bil bir az havası başqadır
Hara getsəm də məni geri çəkə bilir
Hər küçə, hər baca, hər dalan eşq dadır
Buralarda keçib həyatımın ayı, günü, ili
Biz kimik ətrafsız?
Ağac olarmı köksüz, budaqsız?
Ya da biz kimik məqsədsiz?
Gedəcək hər birimiz, bəs izimiz?
Uça bilərik göyə xəyallarla
Sadəcə bir az reallıq mane olur
İçimiz doludur suallarla
Niyyətlərlə gələcək qurulur
Yaşayırıq həyatı bir dəfə
Sevə-sevə, ya da ki çox çətin
Hər yeni gün yepyeni bir səhifə
Qədrini bilək biz eşqin, məhəbbətin
Çox qısadır ömür yaşamaqçün onu boşa
Sən sev yaşa, sevginlə cüt qoşa
Hər anı mindir dəyərə, qədrin bil
Və iz qoy qoy izlərin gəlsin xoşa
Həyat əlində səhvlərindən öyrən
Hər şey nəzərdə səninlədir göylər
Yaşayırıq həyatı bir dəfə
Sevə-sevə, ya da ki çox çətin
Hər yeni gün yepyeni bir səhifə
Qədrini bilək biz eşqin, məhəbbətin
Yaşayırıq həyatı bir dəfə
Sevə-sevə, ya da ki çox çətin
Hər yeni gün yepyeni bir səhifə
Qədrini bilək biz eşqin, məhəbbətin
Yaşayırıq həyatı bir dəfə
Sevə-sevə, ya da ki çox çətin
Hər yeni gün yepyeni bir səhifə
Qədrini bilək biz eşqin, məhəbbətin