PRoMete, Rövşən Nicat - Gün Doğsa (From ”İkinci Pərdə”) mahnı sözləri (lyrics)
[PRoMete, Rövşən Nicat - Gün Doğsa From ”İkinci Pərdə” mahnı sözləri lyrics]
Üzlərdə ilıq təbəssüm, ürəkdə buzlaşmış qar
Beynimiz sonsuz otaqlar
Amma bu otaqlar da dar
Bir az utansaq, susarıq di gəl ki
Çəkirik car
Nəyə təəccüb, nəyə heyran? İtib əvvəli sonu
Nəfəs kəsir həyatlar, ölüm də gəzir kənar
Deyəsən çox uzanır yol və sonda yoxdur işıq
Nə bitir qış soyuqları, nə gəlir isti bahar
Qəfil gün doğsa bir gecə
Dünya qəfil işıqlansa şəhər-şəhər, küçə-küçə
Otaq-otaq işıqlansa
Qəfil gün doğsa bir gecə
Dünya düm ağ işıqlansa
Şəhər-şəhər, küçə-küçə otaq-otaq işıqlansa
Görərik kimlərin əli kimlərin cibindən çıxır
Kimlər əyilə-əyilə kimlərin evindən çıxır
Çətindir bağırmaq bu qədər səs-küyün içində
Gərəkdir hər bir şeyə təqdimat
Və fərqli biçimdə o qədər sadədir hər şey
O qədər gözdən düşmüş
Sözləri, sətirləri çıxmadan boğuram içimdə
Kürəyi balta yeməyən bilməz ki, bel ağrısın
Yalana tuş gəlməyən bilməz ki, yel ağrısın
Nə qədər mən sevənik biz
Nə qədər məndən uzaq
Mənə nə? Ağrımıram! Ağrısa, el ağrısın
Küləklər sovurdu qorxunu, artıq yoxdur qorxaq
Qəribədir, amma ki, səsi də yoxdur heç kəsin
Pərdələr enibdir çoxdan və bir də çətin qalxa
Qorxuram, bizim nəsil bunu bir daha görməsin
Göllərin dama dama olduğunu unudanlar
Sonda həmin o damcılarda boğularlar
Mütləqdir dəyişməsi yerinin ağın qaranın
Batanda Günəşlər ulduzlar doğularlar
Qəfil gün doğsa bir gecə
Min-min gizli günah görsək
Üstünü örtə bilməsə bu dünyanı çılpaq görsək
Qəfil gün doğsa bir gecə
Min-min gizli günah görsək
Üstünü örtə bilməsə bu dünyanı çılpaq görsək
Başımıza hava gələr ağlımız çaşar bəlkə də
Hamı birdən baş götürüb
Bu dünyadan qaçar bəlkə
Bu dünyada bəs kim qalar?
Kim böyüdər, uşaqları?!
Bu dünyada bəs kim qalar?
Kim böyüdər, uşaqları?!
Nə yaxşı ki, bu dünyamız
Yavaş yavaş işıqlanır
Nə yaxşı ki, bu dünyamız
Yavaş yavaş işıqlanır