PRoMete, Mc Virus - Günəş Şəhəri mahnı sözləri (lyrics)
[PRoMete, Mc Virus - Günəş Şəhəri mahnı sözləri lyrics]
Ürəyim sıxılır həyatım hədər
Damarlarımda qan dönür
Fikirlərimdə ümid ölür hər günümdə Ay çıxır
Qaranlıq içrə Günəş ölür
Damarlarım tromblaşıb, zaman, geriyə say
Saxla!
Bu nədir, nəbz sönür?! Bütün bədən əsir
Əlim donub
Qara kömür ayaqlarım, su istəyər dodaqlarım
Yanımda yoxdur dostlarım
Əsəblərim tarım tarım
İş işləyim, gedib tez mal alım
Damara mal basım, rahatlasın bədən
Qalmasın nədən ki, səma doğmasın günü
Bəladır hər günüm, budur dar günüm
Və dostlarım tək iynələrdir
Həm də məhv edir məni
Bu necə dostluqdur? Üstümü örtün!
Yenə Günəş batır, mənə soyuqdur!
Açılır səhər
Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
Oyanır şəhər
Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
Ürəyim sıxılır
Günəş batır mənim üçün, bu sonumdur
Köməksizəm həyatım hədər
Boz şəhərim, mənim əllərim sənin divarlarını
Rəngarəng etsin qoymaq olmaz ahəng it'sin
Qara ləkələr səni tərk etsin, getsin
Çəksin arxasınca hər kəs eyni rəsm
Üstündə yazılı eyni nəsr
Qarşınızda problemli damarı deşilmiş nəsil
Bəsdir, Kəsin!
Artır sayı gündən-günə kompleksli gənclərin
Yerdə istifadəyə yararsız iynələrin ortasında
Çıxılmaz durumda qalmış gəncliyim
Budurmu sonu bu gəncliyin?
Boz şəhərin tinlərində itib-getdi dincliyim
Dostum oldu damarı deşən iynələr
Və mən bu zəhəri iylərəm
Fikirlərim pərəm-pərəm, mən ölümü gözlərəm
Açılır səhər
Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
Oyanır şəhər
Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
Ürəyim sıxılır
Günəş batır mənim üçün, bu sonumdur
Köməksizəm həyatım hədər
Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
Günəş batır mənim üçün, bu sonumdur
Köməksizəm həyatım hədər
Həyatım hədər həyatım hədər