PRoMete - Mahnılar Bilir Kimə Yazılır mahnı sözləri (lyrics)
[PRoMete - Mahnılar Bilir Kimə Yazılır mahnı sözləri lyrics]
Bir divan və iki qoltuq
Mənimtək hiss edən olubmu
Boğaza qədər çətinlik, içində boşluq?!
Sənitək istəyirdim
Sən mənə verdin mənfi sonsuzluq
Mən isə sənə mahnı yazmamağa söz
Verərək götürmüşəm vərəq və qələm
Yazdım, küçələrin boşluğundan xatırlandın
Çox çətin, sənsiz mənə çox çətin
Yazdım, gecələrin dostluğundan xatırlandın
Çox sətir sənə ünvanlı, çox sətir
Hər sətirdə sənə yazmıram bu mahnını
Bu mahnı başqa mövzunun mahnısı
Əhvalı pis olan insanların şərqisi
Adı keçən hər sətir şərtidir
Mərcidir bu mahnı beynin və hisslərin
Sənə yönəlmir artıq hisslərim
Çox dedim, çox dedim amma
Mahnılar bilir kimə yazılır
Hər sətirdə sənə yazmıram bu mahnını
Bu mahnı başqa mövzunun mahnısı
Əhvalı pis olan insanların şərqisi
Adı keçən hər sətir şərtidir
Mərcidir bu mahnı beynin və hisslərin
Sənə yönəlmir artıq hisslərim
Çox dedim, çox dedim amma
Mahnılar bilir kimə yazılır
Bu aralar içimi bürüyən təlaş
Məni rahat buraxmır
Həyat durğun, beyin quraqlıq
Sənsə bəlkə də qulaqda qulaqlıq
Dinlədikcə səsimi hiss edirsən uzaqlıq
Uşaqlıq xatirələri kimi uzaqdır
Səninlə yaşadığım yaxın
Keçmişdəki münasibətlər
Kaş ki, duraydın, aydın aydın danışaydıq
Ayrılmadan öncə bilsəydim ki
Olacaq sonda qovuşmamaqlıq
Mən bir az da yumşaqlıq edib
Səni gərək saxlayaydım
Ya da bağlayaydım gərək elə sən
Gedən günü bütün mövzuları
Mənim arzularım tamam başqalaşıb indi
Baş qarışıq indi, iş dolaşıb indi
Ya da yazmıram
Yazdım, küçələrin boşluğundan xatırlandın
Çox çətin, sənsiz mənə çox çətin
Yazdım, gecələrin dostluğundan xatırlandın
Çox sətir sənə ünvanlı, çox sətir
Hər sətirdə sənə yazmıram bu mahnını
Bu mahnı başqa mövzunun mahnısı
Əhvalı pis olan insanların şərqisi
Adı keçən hər sətir şərtidir
Mərcidir bu mahnı beynin və hisslərin
Sənə yönəlmir artıq hisslərim
Çox dedim, çox dedim amma
Mahnılar bilir kimə yazılır
Hər sətirdə sənə yazmıram bu mahnını
Bu mahnı başqa mövzunun mahnısı
Əhvalı pis olan insanların şərqisi
Adı keçən hər sətir şərtidir
Mərcidir bu mahnı beynin və hisslərin
Sənə yönəlmir artıq hisslərim
Çox dedim, çox dedim amma
Mahnılar bilir kimə yazılır