PRoMete - Maraqlı mahnı sözləri (lyrics)

[PRoMete - Maraqlı mahnı sözləri lyrics]

Sətirə qatıb, dad kimi söz maraqlı
Əlimə baxır, min cürə göz maraqlı
Niyə fərqlənir, səhvlə düz, maraqlı?
Əlli niyə az? Niyə çox yüz, maraqlı?

Sizə biz maraqlı, bizsə sadəcə
Yolumuzu tutub gedirik, sürətlə
Bir mətləb qara qalmır, kim axtarır ki
Kim sualına cavab almır?

Maraq artır kitaba, vərəqə, qələmə, müddətlə
Nifrətlə, ya da icbari sevilmir heç nə!
Bunu bu yaxınlarda dərk etmişəm mən

Gecikmişəm ən maraqlı anında həyatımın
Damğam üstümdə - Gecikirəm!
Cəmi doqquz ay çəkib üsyanım
Yoluma davam, sonunadır marağım

Biri var idi, biri yox idi
Var olan heç kimə maraqlı deyildi


Olmayan isə axtarışdaydı

Axtarış bütün həyat
Başqa nə mənası var ki, güya? (güya)
Kim isə tapsa, möhkəm deyərdi ki
Biz də duyaq (Biz də duyaq)

Bu həyat, qaydalarla doludur
Dur, qaydalarını pozma oyunun
Benjamin Button-u kim görüb ki?
Biz, hamımız getdikcə yaşa doluruq!

Qazanc dalınca günlər verilir!
Əsəb əsəb sinir gərilir!

Qazanc dalınca günlər verilir!
Əsəb əsəb sinir gərilir!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio