PRoMete, NARMEEN - Mücrü mahnı sözləri (lyrics)
[PRoMete, NARMEEN - Mücrü mahnı sözləri lyrics]
Saniyələr uzun gəlir, ömür qısa hərdən
Hər dəfə açanda, bu toz basmış mücrünü
Göz yaşlarıyla bacara bilmir o heç cürə
Bu dəfə də açanda topladı var gücünü
İki saniyə sonra iki göz yaşı düşdü yerə
Parçalanır ürəyi xatırlandıqca olanlar
Gah soyuq tər gəlir, gah da əsir dizləri
Sanki elə indi oldu bütün həmin o anlar
İllər quş kimi uçdu, amma itmir izləri
Nə etməli? İndi nə etsə də artıq gecdir
Yara var ki
Közü qopub düşsə də ağrısı keçmir
Düşünür ki, danışsın kiməsə, baxır şəkillərə
Anlayır ki, indi ən böyük addım belə heçdir
Bir əlində illərdir içə bilmədiyi iki həb
O birində mücrü, içində qəzetlərdən şəkillər
Çıxarır qızın şəkilin yapışdırır
Titrəyən dodaqlarına
Deyir - "bağışla…" və donur fəsillər
Həyat nə qədər amansız o qədər dost bizə
İllərlə üz-üzə verməz yaxşını yamansız
Kədəri sevincə qoşar gecəni gündüzə
Ən sevimli yerləri idi bu çinarın altı
Onlar burda görüşdüsə, dünyada hər şey yalan
İki gün görüşmək alınmasa, ürəyi tutur ağrı
Bir birindən ayrılıqda həyat
Darıxdırıcı yaman
Məmurun qızı sevir fəhlə oğlun, hah
Qəribədir i̇nsanların pula görə fərqlənməsi
Bu qıza çatmır
Ata sadə adamdır, amma istəmir fəhlə oğlun
Qızını xəbərdar edir bir neçə dəfə
Amma bu qıza batmır
Bu Həyat hərdən səni əzizləyən
Dost hərdən düşmən
Ələlə tutanda uçur vaxt, ayrılıqda ötüşməz
Sonuncu görüşdə gələcəkdən danışıb
Mübahisə edirlər bilmədən ki
Bu çinar bu cütlüklə bir də görüşməz
Kəsilir görüşlər, zənglər
Evdə atası yoxa çıxır
Qız telefonuna gələn hər
Zəngə həyəcanla baxır
Günlərin birində nəhayət zəng
Edir oğlanın anası deyir ki
Atanın sürücüsü oğlumuzun axırına çıxıb
Həyat nə qədər amansız o qədər dost bizə
İllərlə üz-üzə verməz yaxşını yamansız
Kədəri sevincə qoşar gecəni gündüzə
İndi yadına düşəndə ki, ona görə dağılıb ailə
Dolur gözləri, sıxılır ürəyi, daralır aləm
Onun ani diqqətsizliyi
Məhv etdi bir piyadanı
Təsadüf nəticəsində alındı qapalı dairə
Aldığı ömür rəisinin qızının sevgilisiydi
Ailənin içində bu məsələ bir az mübahisəliydi
İndiyə kimi xatırlayır
Rəis onun dalınca gələndə
Həyəcandan bölmədə necə ayaq üstə titrəyirdi
Bircə kəlmə dedi – "Sən
Neynədin?" və çıxıb getdi
Elə bil bu sözlərlə birdən zaman axıb getdi
Qızını inandıra bilməyəcəyindən qorxub
Kənada durdu
Qız da özünə qıydı başına güllə çaxıb getdi
Qəzetləri izlədi bu hadisələrdən sonra sürücü
Həyatı həbsə bağlandı, illəri keçdi üzücü
Özünü bağışlaya bilmədi bu illər ərzində o
İki zəhərli həb aldı
Amma udmağa çatmadı gücü
Həyat nə qədər amansız o qədər dost bizə
İllərlə üz-üzə verməz yaxşını yamansız
Kədəri sevincə qoşar gecəni gündüzə
Həyatımız doludur tərs mütənasiblərlə
Saniyələr uzun gəlir, ömür qısa hərdən
Xeyirli planla qurduğumuz işlər illərlə
Əksimizə çevrilə də bilir ani hadisədən
Kimik biz? Samanlıqda iynə yoxsa maqnit
Coşğun dağ çayı, yoxsa gömgöy göl - sakit
Böyüklüyün fərqi yoxdur
Əsas düzgün yaşamaqdır
Unutma pambıq tayasın məhv edə
Bilir bir kibrit