PRoMete, DJ MEHRAJ - Mikrofon Kütlədə mahnı sözləri (lyrics)
[PRoMete, DJ MEHRAJ - Mikrofon Kütlədə mahnı sözləri lyrics]
Dəvədən böyük fil var, əllidən böyük yüz var
Qınamağa yer də qalmayıb
Bilmirsən axı necədir
Hər şey dəyişib - indi tüstüsüz də köz var
Sərbəstlik itib çoxdan, yoxdur
Hərəkətlər sərhədli
Hər tində, bacada bizə baxan bir göz var
Yüz bar, yüz diskoteka var
Amma yenə də dincəlməyə yer tapmır qızlar
Gizlimiz aşkar
Ingilislər Bakını apar ha apar
Bizdə artıq nə iqtisadiyyat var, nə də ki
Bazar günümüz azar-bezar, nə qədər olar?!
Evdə üzümüzə həsrət qalıb uşaqlar
Gedəndə də pul istəyirlər
Ay qardaş, pul var?!
Bakıdır da, hər gün qazılır yollar
Maraqlıdır, nə axtarırlar?
Bizim nə çəkdiyimizi nə bilir e yuxarılar?
Düz-əməlli veriliş də yoxdur
Boşuna işləyir bu telekanallar
Çəksin də, çəksin gəlib, nə gündə yaşayırlar