PRoMete, Səbinə Rəhimova - Məsafə mahnı sözləri (lyrics)
[PRoMete, Səbinə Rəhimova - Məsafə mahnı sözləri lyrics]
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
Bu deyil kədər
Sadəcə bir qədər məsafə var aramızda
Sən evdəsən, mən uzaqda, gülüm, darıxma
Hər səhər oyananda təqvimə bax, məni xatırla
Və unutma, buludların arxasında Günəş var!
"Uzun ayrılıqlar şirin olur
Əgər sonluğunda görüş var"
Sən demişdin bu sözləri, xatırlayıram
Indi üzdə gülüş var
Döyüşlər, mübahisələr, darıxmışam yaman mən
Albomları səhifələyirəm hər gün
Işdən sonra dəfələrlə
Dağüstü park
Şəkillərimizin kənarları cırıq-cırıq
Səhifələrdə səndən uzaqlarda mənim üçün eyni
Küçələr də, döngələr də, dalanlar da
Çünki sənli xatirələrin iyi gəlmir buralardan
Oralarda sənin üçün də çox çətindir, bilirəm
Gülüm, sevirəm səni!
Qoy, bu sətirlər sənə güc verə
Biləcəyi qədər güc versinlər
Bahar gəlsin və qaranquşlar gələn
Kimi bil ki, gəlirəm mən də
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
Səndən ayrı mənə sevinc də qəmdir
Gecələri səhərə gözlər nəmdir
Sən hər yuxumun qonağı gəl buraxıb uzağı
Çox darıxıb dodağım sənsiz
Hər küçə yaşadır bizdən nəsə
Elə hey axır gözdən nəsə
Mənim üçün bu dünyanın tək mənası
Mən və sən, mən və sən!
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
Günü-gündən daha da çətindir səndən uzaq
Uzağın adı uzaqdır, məsafəsi çox uzaq
Burada yaşadığım mənzildə doludur
Hər tərəf vərəqlərlə
Yazılı yerə səpələnmiş qalaq-qalaq
Artıq həyat tərzimə çevrilib
Sənin üçün yaşamaq
Sənin üçün yazmaq və sənin üçün yaratmaq
Hərdən taqət də azalır, qürbət məni çox sıxır
Yarı yolda buraxıb hər şeyi
Istəmirəm uzatmaq
Səninlə buraların olardı tamam başqa dadı
Haraları gəzdirəcəm sənə yadımdadır
Dünyanın ən böyük şəhərlərini əl-ələ gəzsək
Çönüb sevgi şəhəri olacaq bu şəhərlərin adı
Gündüzlər iş də qata bilmir mənim başımı
Yazmışdın, ağlayırsan gecələr, sil göz yaşını
Mən də çox darıxıram, amma ki, çox az qalıb
Sıxılma, yaxındadır görüş, gəzərik Bakını
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
Hər səhər mən yuxudan oyanıb
Səni düşünürəm, sənsə uzaqda
Hələ neçə illər gör dayanıb
Yolumuzu gözləyir bizim qabaqda
Səni düşünürəm, sənsə uzaqda
Yolumuzu gözləyir bizim qabaqda