PRoMete, GN. - Nəbz mahnı sözləri (lyrics)
[PRoMete, GN. - Nəbz mahnı sözləri lyrics]
Mənim üçün isə əsas odur ki
Bu musiqidə ruh var
Çoxdandır yazmıram qələmlə vərəqdə
Amma bu o demək deyil ki, azalıb səbəblər
Dostlarım uzaqlarda - Ankara, Oslo, Milan
Bakının küləkli havası bezdirir yaman
Qırıq mənalarla, toplayıram sətirlər
Amma ki, bütün fikirlərim dağılır bir ətirlə
O sənin əlindən əlimə keçən iy
Səninlə əl-ələ gəzərdim çox küçəni
Amma ki, Bakı küləyi dağıdır saçını
Səni qorumaqdır ömürlük seçimim
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki, nəfəsin dəyir üzümə
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki, nəfəsin dəyir üzümə
Sənə Günəş dedim, parıladın ömrümdə
Amma ki, bir neçə il əvvəl, yadımdadır
Ömrümdə yatsaydım, bəlkə də
Yuxumda da görməzdim
Yox, elə ancaq yuxularda görərdim mən bizi
Əl-ələ gəzməyimizi, diz-dizə söhbətlərimizi
Dodaqlar toxunardı, yuxudan oyanardım
Kimsə deyib - "bir yerdə
Olmaq soyudur sevgini"
İstəyərdim o adam dinləsin mənim nəbzimi
Duyanda səsini, tutanda əlini
Sığallayıb qucaqlayanda incə belini
Qoxlamaq telini - dünyanın ən zövqlü işi
Sanki bütün problemlər sənsizlikdə ilişib
Düzəlir hər bir işim, varsansa yanımda
Yaşamı bağlamışam, tək sənin varlığına
Mübahisələr, davalar
Qısa müddətli ayrılıqlar
Qalır arxada günəşim, pıçılda
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki, nəfəsin dəyir üzümə
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki, nəfəsin dəyir üzümə