PRoMete, Anar Nağılbaz - Qəribə Vaxtlar mahnı sözləri (lyrics)
[PRoMete, Anar Nağılbaz - Qəribə Vaxtlar mahnı sözləri lyrics]
Onlar şüuraltına çökmüş şəkillər
Bəzən illər lazım olur
Bir ideyanı tamamlamaqçün
Amma hər gün oturub bir şey qaralamaqçün
Ətrafda səbəblər çox, həyat tələblər çox
Yaşlanırıq – sevinc əvəzi gərilir əsəblər çox
Kim deyir ki, yaşlı olur müdriklər? Yox!
Tanıdığım cavanlar da var
Uşaqlığımın qəhrəmanı - Anar
Fikirləriylə formalaşırdı cavanlar
Vaxt var idi qəribə vaxtlar idi
Axşamlar həyətə düşərdi hamı
Xəbərləri bölüşməkçün
İndiysə facebook da toplanırlar görüşməkçün
Az qalıb surroqata dönüşməkçün
İnsanlar çox dəyişib bu pisdir, yoxsa yaxşı?
Hərənin öz baxışı
Fərqli baxışların səbəbkarı - həyat naxışı
Kimdəsə cütdür maşın, kiminsə yox balışı
Kimsə sevir yağışı
Kiminsə birdir həyata gəlişiylə, alışı
Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı
Kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı
Hərənin öz baxışı, hərənin öz naxışı
Bir də vaxt var idi, yaxşı vaxtlar idi
Yolumuz işıqlı, ətrafımız dostlar idi
Enerji çox, sual çox, işimiz aşkar idi
Elə fikirləri formalaşdıran insanlar idi
Bizə dövrümüz deyildi qeyri-adi
Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı
Hərənin öz saatı, çatırdı imkanatı
Kiçik bir dövlətin insanlarının böyük həyatı
Böyükdür sualları, böyükdür duaları
Kiçikdir böyük dövlətlərlə dostluq xəyalları
Ölüb gedir ərlər, yüz il eyni xəbərlər
Fərqli ifa eyni əsərlər
Əslində kiminsə yüz il əvvəl yazdığı sətri
Deyirik bu gün fərqli budur bizim dövr!
Bilinmir hələ tarixdə necə edəcək izim dövr?
Hmm, dostum Mete, ötür siqareti
Bəlkə sadəcə bir flashcard-ıq biz
Xəbər ötürücü
Bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü
Həyata maraq edən biri var idi - mənəm o
Ətrafı xanımlar, dostlar idi - mənəm o
Bu gün bəzi ölüb, bəzi başqa başqa diyarda
Bəzi başqa başqa fikir, başqa başqa xəyalda
Dəyişir həyat, qəbulun dəyişir
Qovluqlar yeni, fikirlər şablon dəyişir
Gözəllər gözəlləşdikcə abrın dəyişir
Üsullar köhnə üsuldur, sabun dəyişir
Nə yaxşı var ritm, bu gün səninlə dedim
Təbiətdən törəndik, yenə ruh təbiətin
Cəmiyyətə qaynayıb qarışmalı, alışmalı
Keçmişi unutmayıb, bu gününlə barışmalı
Ya da fikirlərini paylaşıb, bir toplaşmalı
Yeni bir məna üçün qırışmalı, savaşmalı
Gözlərimiz yol çəkir, axır axın-axın fikir
Başqadır fəlsəfəsi – insanlar birdir
İnsanlar birdir və insanlar bilmir
İnsanlar bildiyi həqiqətləri dinmir
Bəlkə bildiklərmizi biz paylayaq
Hamı bilsin!?
Bəlkə də bu ən böyük tilsimdir ki
Kimsə edib bizi dilimizə təslim
Bu bir tərslik
Və bu barədə yoxdur heç bir ədəbiyyat
Heç bir dərslik
Həyatımızı bürümüş sərt bir nəhslik
Niyə üzümüzə qırışlarla birgə
Qonur səssizlik!?
Kimsəsizlik, tənhalıq
Darıxmaq hissinin özü üçün darıxmaq
Suallar burulğanında vurnuxmaq
Hər şeyin yaxşı olacağı barədə
Inam hissi uzaqlarda
Artıq əvvəlki tək sevinc vermir uşaqlar da
Daha yumşaq, daha həzin musiqilər qulaqlarda
Daha axmır göz yaşı da yanaqlardan
İçəriyə yol tapıblar, ümidlərə yem olublar
Ümidlərsə hələ də sağdır
Yaşsa sayır əksimizə
Güzgülərdə yadlaşırıq əksimizə
Artıq varan da yox fərqimizə
Nəzərlərdə yox oluruq özümüzə dost oluruq
Mümkünsüz hadisələr baş verirlər
İtirilməz insanlar baş daşına çevrilirlər
Ömür nədir? Fikirlərin qoynunda səfərlər?
Fikirlər – onlar heç vaxt gəlmir qəfildən