PRoMete - Röyalar mahnı sözləri (lyrics)
[PRoMete - Röyalar mahnı sözləri lyrics]
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı
Bunları seyr edərkən bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki
Mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy
Nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
Bu dünya boş idi orada yox idik biz
Ulduzlar parlayırdı səmada səssiz-səssiz
Nə yoxdu buludlar nə tufan, boran, qar
Nə yaşıl ağaclar vardı nə də sonsuz yollar
İnsanlarsız bir kainat düşün
Ki sən də yoxsan orada, mən də
Və yoxdur sevgidən atan ürəklər
Bu cür çətin fikirlərin ortasında
Gəlim köməyinə unut bu dediklərimi
Davam et sevməyinə
Heçdən bir kainat quruldu, uçuşur
İnsanlar yaşar unudub sıfırı
Sənlər, mənlər - səbəbi var oluşun
Biz bu kainatın özəyinə axırıq
Qoy çiçəklər açılsın içəridə
Məni səndən, səni məndən kim alar?
Sən gedərsən, iyin qalar dəridə
Gecələr də sənə aid röyalar
Qoy çiçəklər açılsın içəridə
Məni səndən, səni məndən kim alar?
Sən gedərsən, iyin qalar dəridə
Gecələr də sənə aid röyalar
Hər bir yaradılışda bir səbəb və bir xəta var
Bu yaradılışın əsası isə mükəmməl xətalar
Biri pozulsa, dağılar dünyası milyonların
Ona görə sonu eyni yerə
Çıxır bizim bu yolların
Gözünü dörd aç, gör, bax
Hər yer bizdən izlər
Dünya kəşflər dünyası, ona görə bizdən gizlər
Ulduzları buludlar, xəzinələri meşələr
Həqiqətləri səhralar, dərinlikləri dənizlər
Heçdən bir kainat quruldu, uçuşur
İnsanlar yaşar unudub sıfırı
Sənlər, mənlər - səbəbi var oluşun
Biz bu kainatın özəyinə axırıq
Qoy çiçəklər açılsın içəridə
Məni səndən, səni məndən kim alar?
Sən gedərsən, iyin qalar dəridə
Gecələr də sənə aid röyalar
Qoy çiçəklər açılsın içəridə
Məni səndən, səni məndən kim alar?
Sən gedərsən, iyin qalar dəridə
Gecələr də sənə aid röyalar
Görəsən, hansı daha dərindir
Alimlər ya şairlər? Bu dünya soyuyacaq
İkisi də bunu deyirlər
Haradan başlayacaq soyuqluq
Havadan, ya ürəkdən?
Buz olacaq bütün buludlar
Yoxsa ki, daş ürəklər?
Yenəmi davam edəcək bizsiz bu kainat?
Ulduzlar arası hənirtisiz səyahət
Yayılaq səmalara bəlkə biz də toz kimi?
Qucaqla, qorxuram mən bax əllərim buz kimi
Qoy çiçəklər açılsın içəridə
Məni səndən, səni məndən kim alar?
Sən gedərsən, iyin qalar dəridə
Gecələr də sənə aid röyalar
Qoy çiçəklər açılsın içəridə
Məni səndən, səni məndən kim alar?
Sən gedərsən, iyin qalar dəridə
Gecələr də sənə aid röyalar