PRoMete - Sən qanadsan mahnı sözləri (lyrics)
[PRoMete - Sən qanadsan mahnı sözləri lyrics]
Şeytanlar isə cəhənnəm əzabı
İnsanlar isə buna sevgi deyir (Henrix Heyn)
Bu gün yenə evimdə yarım saatlıq qonaq idin
Cismin yanımda idi, özün isə uzaq idin
Fikirləşirdim, səni buraxmaram uzaqlara
Amma məni anlamırdın, sanki körpə uşaq idin
Hisslərin yenə kontrolda, sinirlərinsə üzdə
Mən sənə uçmaq təklif edirdim, sənsə üzmək
İnan mənə, belə anlarda çox çətin olur
Səni çox sevsəm də, sənin kaprizlərinə dözmək
Yenə köçmək və rədd olmaq buralardan
Hissləri qayıdır dərhal mənə bu anlarda
Toxunuşlar, sanki divara yaxılmış palçıq olur
Verdiyin qanadlarsa dönüb olur qoluma qandal
Kəs bütün bağlarımı! Qanadsız da yaşayaram!
Sənsiz ölərəm, bilirəm, amma kim var ki
Əbədi?
Dərviş kimi həyatımı belimdə daşıyaram
Olmasan bu ömürdə yaşamağımın səbəbi
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çiçəklər göyərmir
Əl-ələ tutmağımızı yadına sal (xatırla)
Barmaqlar iç-içə, tər su kimi ovuclardan axır
Əl-ələ gəzməyimizi yadına sal (xatırla)
Sanki bütün dünya çönüb birdən bizə baxır
Sən paxıl, amma elə bil ki
Burda nəsə səhv bir şey
Mənimlə sevgilin yox, düşmən kimi davranırsan
Mən paxıl, səni bütün dünyadan üstün tuturam
Mənimlə dava edib, üzümə zəngləri bağlayırsan
Mən yalançı
Mən həqiqi bu asılıdır əhvalımdan
Şən günlərin sayı - beşin ikiyə nisbətində
Gah düzəlir, gah pozulur
Baş açılmır əhvalımdan
Görəsən daha nələr var, mənim bu qismətimdə?
Səbrim sanki ümman, sən içində üzürsən
İstəmirəm boğulasan, əvvəl boğulduğun kimi
Bezmirəm, yox! Dözmürəm
Yox! Bu sətirlər başqa şeydir
Qəbul edirəm mən səni, olduğun kimi
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir
Kim tək uçmaq istər?
Sən qanadsan, mən göyərçin
Soyuq ürəyin, eşq tumurcuq
Ürəyində çicəklər göyərmir
Sən qanadsan, mən göyərçin
Kim tək uçmaq istər?