PRoMete - Sonu Görünməyən Yol mahnı sözləri (lyrics)
[PRoMete - Sonu Görünməyən Yol mahnı sözləri lyrics]
İçimin dərinliklərindən yazıram almost
Kick, snare, hi hat, bir də bass
Bəs edir ki, mən yazım sətir və yazım səs
Amma bəs eləmir hərdən bir bitki
Qarşısı alınsın hansısa itki
Bu istedaddır, vərdiş, yoxsa vergi
Kim bilir ki, kim bilir ki?
Qara-qura vərəqləri toplasam yataq otağımdan
Metenin səsi əskik olmaz qulağından
Bu mahnılar hərəsi bir uşağım
Mən tez-tez ata oluram
İlham pəriləri sevgililərim
Sətirlərin izləri həyatlarda dərin
Qayda-qanunlar maneələrdir
Amma çoxdan aşmışam bu çəpəri
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən?
Sadəcə addımla diqqətlə
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən?
Sadəcə addımla diqqətlə
Neçə-neçə vərəqi qələmin diyircəyinə
Poliqon elədim, səsim əsmədi nə canlı
Nə də monoton tonumu dinləməyib hələ heç kim
İlhamım elə həyatın özüdür
Onu gətirmir nə otlar, nə də ki, içki
Və o kəs ki, deyir ki
Mete indi bitirəcək sürəti
Qoy dinləsin gözünü açıb
Üzünü aşağı əyəcəyi şiddəti
Səhnə darıxmır, əgər mən onda
Kütlə darıxmır, əgər mən onla
Əllər havadadır, yellənir sağa-sola
Səhnədə Mete, mən hegemonam
Səhnə darıxmır, əgər mən onda
Kütlə darıxmır, əgər mən onla
Əllər havadadır, yellənir
Səhnədə Mete, mən hegemonam
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən?
Sadəcə addımla diqqətlə
Həyat yoldur sonu görünməyən
Gedirəm mən üstündə sürətlə
De, kim var ki, əvəz edilməyən?
Sadəcə addımla diqqətlə