PRoMete, Anar Nağılbaz - Tamaşa mahnı sözləri (lyrics)
[PRoMete, Anar Nağılbaz - Tamaşa mahnı sözləri lyrics]
Bu dünya tamaşa, oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Kim olursan ol, varındır bir yol
Bu dünya tamaşa, oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Çox bərk getmə barı, bax aşağı, yuxarı
Belə bu dünya malı elə dünyada qalır
Kimlərsə qohumlarına yığdıqları cah-cəlalı
Gah yel dağıdır, gah da sel aparır
Həyatındır varın, həm vaxtın azalır
Tox arzuların, tez verər barı
Yaşa necə istəyirsən, yaşa yenə azad ol
Bir-iki sönmüş işığı yandır ki
Qəlbində şad ol
Mehriban hissini itirib pessimist olma
Öz varlığına qəsd edib ekstremist olma
Kimsə, nəsə düz deyil, gücün yoxdur, durma!
Cilovla səbrini, yan keç, boşuna vurma
Kim olursan ol, varındır bir yol
Bu dünya tamaşa, oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Kim olursan ol, varındır bir yol
Bu dünya tamaşa, oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
Çox yavaş da getmə, dostum
Sürətini düzgün tut
Bu həyat bildiyindən də pozğun
Ya uğuru unut, ya da qucağına uzan
Ya sürət qazan, ya da ol iynə ilə gor qazan
Heç nə asan deyil, heç nə asan
Amma qaçma sən, yoxdur kəsən, asan
Sən nə Qəddafi, nə də Səddamsan
Elə yaşa, deməsinlər əzazil ya qəddarsan
Bil, unudulur cəlladlar
Geriyə qalır çox az adlar
Xatırlanarlar adi insanlar
Hansılar ki, düşünməyib dövlət var
Bil, qarşıda ölmək var yaşa yarat!
Sən gedəcəksən, işlər qalacaqlar
Kim olursan ol, varındır bir yol
Bu dünya tamaşa, oynayırsan rol
Gün qurtardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan
Ya öz rolunu yoluna uyğun tuş edirsən
Ya da xəyallarında məstləşib dəm olursan
De, görək hər bir işi ata-atdır
Kimdir bu adam?
Bəs hara getdisə bata batdır, kimdir bu adam?
Bütün günü yatdı, itdi batdı, kimdir bu adam?
Yaxud bütün arzularına çatdı, kimdir bu adam?
Biri də var ki, işi, peşəsi elə şikayətdir
Vallah, adam da var şorqoğalı ona kifayətdir
Eləsi də var, atdığı hər bir addım cinayətdir
Danışdırırsan, deyir, ətdir-mətdir
Nə söhbətdir?
Eləsi də var, dindirirsən, sənlə kəlmə kəsmir
Uzun-uzun danışırsan, bir demir də - bəsdir
Qabağında min oyundan çıxırsan ki
Səninlə danışsın
Sonda kimsə deyir ki, dildən
Qulaqdan şikəstdir
Həyat əbəs o kəsə ki, fikri lal, qəlbi kor
Bizə nə var? Ver bir kağız, qələm
Çörək və şor bizim işimiz söz
Bizim işimiz fikir çıxartmaq
Odur ki, yemək tapmasaq da, olmuruq dilxor