PRoMete, Uşaq Xoru, Mc Virus - Uçan oğlan mahnı sözləri (lyrics)

[PRoMete, Uşaq Xoru, Mc Virus - Uçan oğlan mahnı sözləri lyrics]

Biz, əlimizdə olanların dəyərini
Ancaq təhlükə olanda hiss edirik
Elə bizə öyrədilən adi
Duanın da dəyəri birə-beş artır
Allahı da daha çox yada
Salmağa başlayırıq qəribədir
Belə baxanda insan üçün ən təhlükəli şey
Onu ölümə yaxınlaşdıran - yaşamaqdır

Hündür mərtəbəli bina
 burdan hər şey ovuc içindəki boyda
Həyatdan doymaq çətindir
Amma burda durub doymuş bir oğlan
O fikirləşir sonuncu dəfə, bəlkə də
Elə ilk dəfə fikirləşir bütün olanı-keçəni
Tərk etmək üçün bu bacanı-küçəni

Əllərin iki yana açır, uçur, uçur
Gözləyir onu aşağıda ölüm köçü
Əllərin iki yana açır, uçur, uçur
Gözləyir onu aşağıda ölüm köçü



Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

Hər şey gözünün önündən keçir
Sanki 35 millimetrlik lent
Həyətlərində yığışıb dost tanışı
Qurulub çadır, tent
Onu çağırır, ona toxunur, amma elə bil ki
Ona fikir verən yox
Niyə ona belə saymamazlıq edir hamı? Axı
Pis nə edib görən o?!

Əllərin iki yana açır, çığır, bağır
Gözləri sanki bulud, yağır yağış, yağır
Nə isə dəyişib, maraq, şübhə, qorxu
Bədəni yüngülləşib, fikir ağır, ağır

Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

Yadına düşür: axırıncı dəfə bura
Gəlməyindən yeddi gün keçib
İlk dəfə bu dama gələndə
Kim olacağına qərar verib, özün seçib
Ağırlıqla dolu həyatında çox ağırlığa dözüb
Keçib amma sonda bezib yenə, durub
Gəlib, ölüm seçib, uçub

Əllərin iki yana açıb, uçub, uçub
İnsanlardan uzağa qaçıb, gedib, köçüb
Təkliyi dost edib özünə
Kimsəsiz gecələrdə tək-tənha
Vaxtı boş oturacaqlı parklarda səssiz keçir

Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

Boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq boş parklar və oturacaq
Bir gün sənə də dost olacaq
Tək-tənha sən bu şəhərdə
Sanki ən kövrək uşaq

Mən də böyüyəndə uçmağı öyrənəcəm
Hündürdən uçmağı, lap quşlar kimi

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio