Orkhan Zeynalli, Roya Miriyeva - AiD Vecsiz mahnı sözləri (lyrics)

[Orkhan Zeynalli, Roya Miriyeva - AiD Vecsiz mahnı sözləri lyrics]

Yenə də həmin səs, 2007-dən bu günə
Mənlə bir keçdi neçə gənc növbəti yaş həddinə
Qəhrəmanlar var idi ki
Öldülər gözümün önündə
Səhvləri axtardım ancaq özümdə, öz əməlimdə
Birgə bir yol cızdıq
Bu yolu az adam gedə bilər
"Bir HOST-çunun həyatı"ndan "Torpaqdan
Ev"ə qədər
Hər bir ötən nağıl yenisinə mövzu verir
Mənim nağlımı təsvir edib illər öncə Ekzüperi
Məni dinləyən sonradan bəlkə
Tanımır həmin Orxanı
AiD "Vecsiz" vaxtların "Karusel"i
Oxuyan oğlanı
Gah saçlar tamam qısa, bəzən "ободок" başda
Yaşayıb da Vinçi qədər
Yoxsa öləcəm Van Qoq yaşda
Biz gəlib-gedirik, dəyişir adlar
Gəlir yeni nəsil
Mən heç vaxt qarşı deyiləm ki
Musiqi yenilənsin
Bu sürətə çatmaqçün olmaq gərək "Sonic" adam
Bilirəm, dinləyirsən məni arada sən
Də bezib elektronikadan

Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim

Qəribə insanam
"Repdən gedirəm" dediyim günün səhərisi
Başlayıram "beat" toplayıb yeni albom yazmağa
Gah aylarla səhifələrim bağlı
Gah yenidən aktiv
Nəbzimin üstündəki simvolika deyil interaktiv
3 il ara verib
Bir hit buraxıb girirəm toplist-ə
Bilirsən avanturistəm
Bu səyahətdə avam turistəm
Gəzirəm plansız, xəritəsiz, bir gün elə
Bir gün bеlə
Tipik əkizlər bürcündən çətin bir
Adam yol istər
Bu "bеat" plagiat deyil, rest in pеace
"2 Pac - Thugs Cry"
Bütün əfsanələrin şərəfinə qaldırılan
Qədəh bu youTubе da description bölməsinə
Yazılası mətni
Qafiyələndirib trekinə sala biləcək
Qədər cool
Mən heç nə bilmirəm, necə John Snow
"Shake that Ass", "Dip It Low"
"Bitch Please", "Forget About Dre"
"Nas is Like", lay Low
Mən pis insan, pis sevgili, pis dostam
Amma ki, ildə bir dənə super hit
Atıram Bakıya "East Coast"dan

Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma içim də zordur, yo!

2021, ilk trek, bəlkə də son trek
Bilmirəm, nəysə, baxarıq

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio