BadClause Music - Marron mahnı sözləri (lyrics)
[BadClause Music - Marron mahnı sözləri lyrics]
Görәndә ki, gün çıxmır
Ümid hissi dә batdı zamanla
Güvәn mәni tәrk elәdi
yarı yolda qaldığım anda
Gülüşün yaddaşımda, әl izlәrin qaldı masamda
Sirr açanda baxışım zillәndi dodaqlarına
Eşidәndә başqa ünvanda tapıb xoşbәxtliyi
Yaşardı bir cüt göz, tәk bәhanә "yollar" var
Addım atmamağının özü qәhәrdir, inan
yol şәrt deyil gördüyün bu әyyaş cavan sәni
Sevәn hәmin uşaq idi
Sәn şeir gözlü gözәlim idin
Şöhrәtimә şan idin
Әhvalımı hәmişә pis görürdün
Özün sәbәbkar idin
Sevgi gecikmişdi, daha nә mәn
Nә dә sәn var idin
Kәdәr sәnәtkar idi, әn gözәl әsәr sən oldun
Və nə isə cəlb eliyirdi
Məni soyuq nəzərinə doğru
Görəsən, qəsdən uzaqlaşdın sən
Ya səhvən oldu? Fərq etməz ölüb sevgi
Qalan əlamət əsər mən oldum
Qәhvәyi gözlәrinin sәmasında
Bir-iki qağayı süzәr qanadlarını
Tam sәnә gәlәn yolların astanasında
Qürurum tutar ayaqlarımı
Qollarımız ayrılır bu gündәn
Xatirәnlә solurdu o güllәr
Xәyalıma gәlmişdin o gün sәn
Olmur axı de hanı o günlәr?
Xətrimə dəyirdi hər bir sözünün yalan olmağı
Şəhvətə boyun əydilər
Amma sevgini sayan olmadı
Yalnızlıq üzsüz gəlir
Doğma görür yad olanları
Sən məni məndən aldın
Amma səni mənə alan olmadı
Adın möhürlü dәrdә əhvalım hәr nә qәdәr
Pis olsa belə mesajlarda gülürdüm hərdən
Yalan dedilәr, içdәn istәsәn dә olmur
Xoşbәxtliyә gedәn yol keçmir
Әrәbcә cümlәlәrdәn
Bizi ruhdan saldı seçimlər
"Əlvida" dillərə dastan, sevgi qaldı sətirdə
Şəkillərimizi silsən də
Kitabı tullama heç vaxt
Gözüm yollarında yazılarımsa qan tər içində
Sənə fәrq elәmәz, sevgilisi ya sevgisiyәm
Ağlına gələndə belə
Salam verdim tanımadın sәn
O mesajı yazmazdım
Biraz әvvәlә qayıda bilsәm
Özgәyә hәyat olma
Birisi sәni yanında xәyal edirsә
Qәhvәyi gözlәrinin sәmasında
Bir-iki qağayı süzәr qanadlarını
Tam sәnә gәlәn yolların astanasında
Qürurum tutar ayaqlarımı
Qollarımız ayrılır bu gündәn
Xatirәnlә solurdu o güllәr
Xәyalıma gәlmişdin o gün sәn
Olmur axı de hanı o günlәr?