BadClause Music - Qızılgül mahnı sözləri (lyrics)

[BadClause Music - Qızılgül mahnı sözləri lyrics]

Әzizinәm, qürur yetmir
Sәnin mәndә olmadığın gün
Ağrılar tutur yerini
Mәnim sәni düşünüb yazdıqlarımı
Sәn mәni düşünüb dinlәyirsәnsә
 mәncә budur sevgi

Dünənlər uşaqcasına
 hər sabahda qocalır adam
Şeirlərim həyatdır, şeirlə ucalır adam
Məsafə çox uzaqdır, darıxıram mən uzatmadan
Qorxuram ki
Bir ömürlük əlin əlimdən uzaq qalar
Hələ də inana bilmirəm ki, nifrətin içdən
Gözlərinin içinə yaza bilərəm şeir, sən istə
Mən qədəhlərdə tapıram səni, itirsən hərdən
Gecələr yuxularıma gəlirsən, o da ki
Itir səhərlər

Yenidən yorular yollar, qaçmaz sənə ayaqlarım
Körpə uşaq kimiyəm, iməkləyir sənə ayaqlarım


Necə də xoş gəlirdi
Gecə danışdığın nağılların
Sən səhrada bir səraba dön ki
Gəlim ayaqyalın

Sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
O qədər nazü-nemət içrə məndən usandı yar
Sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
Qollarından qovuldum mən
O səni necə qucaqlayar?

Sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
O qədər nazü-nemət içrə məndən usandı yar
Sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
Qollarından qovuldum mən
O səni necə qucaqlayar?

Məni axtarma, gəz sən onunla
Elə bir kitabsan ki
Oxumadan da əzbər olursan
Eşq elə birşey ki, bir müddət sərsəm olursan
Şeytan cənnətdən qovuldu, sənsə solumdan
Qızılgül oldun mənsiz, saralıb-soldun mənsiz
Eşqin dənizində sənsiz gəmilər yelkənsiz
Üzümə gülmədi xatirələrimiz, yazmadım səni
Şeirimə cənnəti qatdım
O da qaldı ilham pərisiz

Sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
O qədər nazü-nemət içrə məndən usandı yar
Sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
Qollarından qovuldum mən
O səni necə qucaqlayar?

Sənsiz qürbət həyat, varlığınsa uzaq diyar
O qədər nazü-nemət içrə məndən usandı yar
Sən məni bilirsәn, axı üzüm gülər göz ağlayar
Qollarından qovuldum mən
O səni necə qucaqlayar?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio