BadClause Music, Şahin Əlizadə - Şərqi mahnı sözləri (lyrics)

[BadClause Music, Şahin Əlizadə - Şərqi mahnı sözləri lyrics]

Deyirlər Bakı balaca şəhərdir
Bir gün qovuşarıq əlbət
Nə vaxtsa çıxarar qabağıma
Səni keçdiyimiz küçələr
Heç vaxt danışmasaq da
Arada xətir soruşarıq əlbət
Çünki, davam eləyir hələ də
 həmişəki içkili gecələr

Tuta bilmir heç bir budaqdan
Daha yorulub əllərim
Sənsiz hallarımın ilki ayıq, sonu gicəllənir
Tüstü tüstünün dalıyca dolub soyudur əsəbi
Qəlbimə xəyanət olsa da
Bilə-bilə unuduram səni
Başqası var idi həyatında
Mənlə idin hərfiyən
Dodaqların deyən yalanı gözün bir təhər deyər
Sən mənə vida cümləsi, mən isə sənə şərqiyəm
Nə mən deyən olmadı, yar
Olmadı nə də sən deyən



Nə vaxtsa dərdə bürünsən denən
Yenə də yanına gələrəm inan
Amma bir azca səbr elə
Əllərimi buraxsan da, məni qəlbinə həbs elə
Bunu sevgidən sayaram məni
Qəsdən öldürsən belə

Al mənim əllərimdən
Yazdığım sətirləri, yandır dayanma ümid yox
Bildiyim hər şeydən usandım

Divardan asılmış şəkillər
Ətrini gətirməz küləklər

Onun saçlarında külək, gözündə nəm
Yanağı buzdan
Mənim eşqim - qırıq qələm, vərəq
Qəlbimdə ahu-zar sən intizarımdan uzaq
Özgə xəyallarına dustaq
Əgər məhəbbət budursa
Izahına tək mənəm ustad

Qəlbimdəki sarayımı görməyib heç bir memar
Bir vaxt sevdiyin ruh, indi cəsəd
Üstü tikili ehram
Məni tapa biləsən deyə yollarına
Gül düzür hər hecam və haqq yox ağlamağına
Qələm alırsa səndən ilham
Nədir bu naz mənə, bu nə işvə, nə əda
Bu nə eyham?!
Səndən toy-nişan xəbərləri gələcək
Məndən edam nə gərək idi ki
Könül bağçaların elədin viran
Axı, bizə qocalmağa bəs edərdi közərən ocaq
Bir dam

İtirir bütün hissləri bir məqamda insan
Onda tək qalırsan
Yanında özündən özgə kim var?
Məcnun olsa yerimdə o da, ümidlərin üzər daha
Nə edim mən dili bimar
Məni sevmirsə gözəl yar?

Al mənim əllərimdən
Yazdığım sətirləri, yandır dayanma ümid yox
Bildiyim hər şeydən usandım

Divardan asılmış şəkillər
Ətrini gətirməz küləklər

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio