BadClause Music - Əvəzsiz mahnı sözləri (lyrics)

[BadClause Music - Əvəzsiz mahnı sözləri lyrics]

Yerindә olsam әgәr, inan, Mirini çox sevәrdim
Vә sonra şeir elәsin deyә
Sәn kimi tәrk edәrdim
Ürәyin çox üzülәrdi, mәnsә ümidlә bәrkidәrdim
Әgәr ki, o xoş getsәydi
Xoş gәlәrdi bәlkә dәrdi

Sənsiz qocalmış cavan, mən əsiri əsrlərin
Yazım səndən əsinlənib, vəfat edə fəsillərim
Eşq günahı müqəssirlərin
Saxlamışam nə sirləri
Nəzm edib də nəsirləri
Yazan əllərim əsir mənim
Hisslәrim yerlә-yeksan olub
Kimsә kömәyә gәlmәdi
Tәlәsәn addımların arasında sıxışıb
Qalıb hәyatım
Heç kimdәn heç nə gözlәmirәm, özümә gәlmәdim
İçimdә parçalanır dünya, gözlә tәr axır

Tuta bilmәz zamanı mәsafәlәr qurbanı insan
Hava sәni xatırladır - sәrilib yollara vicdan
Ağlama demişdim axı
Yağmasın yanaqlara leysan nә olursa olsun
Boyun bağımı tullama heç vaxt

Yolunda sürünәrkәn durdum, gözlәdim qüruru
Gәrәk ki, ölәydi xatirә
Sәninlә yaşamayaydı can
Deyәsәn mәndәn soyudun, sonra gözlәrin qurudu
Bir az da sәbrli ol
Bir ay sonra Bakıya qayıdıram

Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim

Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim

Nә qәdәr baxdım üzünә
Gözünü qaçırdın gözümdәn
Nә qәdәr düzün danışsam da, çıxırdın sözümdәn
Nә qәdәr çarәsiz oldum, yolu axtardım özümdә
Çoxusu da sanır ki, dәrdi yoxdur
Tәk yazır dözümdәn

Düşәndә gözdәn üzrlәr, qırıldıq istәmsizcә
Kürәyimdә yara çoxdur, qucaqla, izlәri gizlә
"Bizi tәk bizdәn başqa ayıra bilmәz heçkimsә"
Dedik, sonra kül olub öldü
Toza qarışdı әn dәrin hisslәr

Böyükdür ətrafın
Çata bilmədim yollarımız dar
Sol yanı boş görәndә yazar әllәr
Qollar sızlar o kәsi mәn öldürәrәm toxunan
Olsa bircә telinә
Sənsә mәni comment-lərdə tanımadığım
Qızlara qısqan

Mәndәn gizlәnirdin, amma gözümә dәyirdi eybin
Daha mәni itirirdin könül verib yad könülә
Bir sәn yoxsan deyә, yaşamaq çox çәtin şeydir
Mәzar bir gün qazılar
Amma insan hәr gün ölәr

Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim
Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio