BadClause Music - 02 mahnı sözləri (lyrics)

[BadClause Music - 02 mahnı sözləri lyrics]

Mənə gözəl şeirlər yaz
Başqa qadınlar kimi aldanım sənə
Mənsiz gecələr yaşadığın həsrəti unut
Ağrısı qalmasın səhər

Mənə nifrət elə ki, səni silmişəm
Daha sevməyinə olmasın səbəb
Mən sənlə ayrı dünyadaydım
O dünyanın da gəldi sonu bir təhər
Nə qədər axmaqlıq etdim sənə
Düşünmüşdüm ki, o bunu əfv edər
Məğlub olacağımızı bilirdim
Ən başından, sevgi oyunu bitəmədən

Daha içdən yazmırsan
Məni yazan qələmin də yoruldu sən qədər
Saxla yasını, ölən eşq deyil
Ölən sən özün idin sonuncu səhifədə

Nədənsə bitmir dəli duyğuların
Kəsilmir ardı arası zənglərin


Məni heç sayıb, hər gələni eşq sandın
Tale isə o gündən cüt atmır zərləri

Ağlın yalan deyir, ürəyin düzləri danışır
Qələmin isə əsəbindən seçə bilmir hərfləri
Mənsiz bədbin, nəfəsin kəsilir
Göz yaşların ağır, kəskin
Gündüz-gecə bilmir sər-dərdin

Get indi yoldaşının söykən qoluna
Sən məndən öyrəndin nədir
Ayaqda möhkəm durmaq
Bir dəyərin belə qalmayıb daha, ölsən də
Olar
Qayıtmaqçün gec, zərrə qədər öhdəm yox ona

Yuxusuz gecələr hirslənib dəliyə
Dönsən nə olar?!
Uzağı məni düşünərsən, kölgənə kölgəm toxunar
Ona sevgiylə yanaş, ya da çıx get
Ömürlük uzaqlaş
Amma gizlətdiyin şəkillərimizi göstərmə ona

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio