BadClause Music - 23:10 mahnı sözləri (lyrics)
[BadClause Music - 23:10 mahnı sözləri lyrics]
O vaxt hәlә qısa saçlar
Toz olur külәklә ayaq izlәri, addımları asta
Bu dәfә ölәn hәr iki tәrәf oldu
Kimsә qalmadı hәyatda
İki yarpaq yan yana sarala
Bilirmiş bir ağacda
Önümdә dәrd süfrәsi eşqә
Möhtac ölürәm acından
Dәysә dә xәtrinә cümlәlәrim, unuda bilir әn
Azından
Әrz elәdikcә vidasını, süzülür yaş yanağından
Mәnә görә dәrd çәkdiyi mәqamlarsa
Gözәl hәr halından
Sözlәri zәhәr dadında, özlәmi qәhәr bağında
Solan gülün fәrağındaydı
Hәr anı qalıb yadımda
Gözü, qaşı, saçları, әllәri, barmaqları
Gözәl camalı
Qocalıb eşqin ahından, ömrün әn gözәl çağında
Ayırıram tökülәn saçlarını mavi әlbisəsindәn
Gözümdәn axan xatirәlәr batır qәm dәrәsindә
Mәnә qulaq asanda ağlayar otağın pәncәrәsindә
Nә qәdәr darıxdığımı başa
Düşәr kәdәrli sәsimdәn
Sevə bilmərəm əvvəlkitək
Dinə bilmərəm, sevsəm belə
Yola salaram son mənzilə səni
Çoxdan solub əlimdə ləçəklər
Gəlirəm
Bir ovuc torpağın həsrətindədir əllərim
Amma mən sənin əvəzinə hər dəfə gül dərirəm
Bu sevgi söz xәzinәsi idi hansı ki
Onlarla mahnı yazdırıb
O kobud cümlәlәrimin incә notlar idi yastığı
Qopardığı güllәrdәn alır ayrılığın qisasını
Vә yaralı qanadlarla çirklәndirir ağ libasını
Qaça bilmir mәndәn hәsrәtim ardınca gedir
Yağış saçlarını sığallayır hәzin
Axınıyla yelin
Sevgi mәalıyla keçir adın ömrümün tәsvirindә
"Geri gәl" deyә bilmirәm
Әlvida düyünlәnir dilimdә
Sәni gözәl yaza bilmirәm köhnә şeirlәrdәkitәk
Qәlbindәsә doğma gәlmir eşq ötәn illәrdәkitәk
Gәl sözdәn cümlә tikәk, hәrflәrdәn hekayә
Sәn yuxuma daimi sakinsәn qollarıma kirayә
Orda bir ev var
Hansı ki, xatirәlәrlә dolubdur orda bir eyvan
İnan ki, yoxdur bir dәrmanım hala yanan olsun
Sәnin varlığın da, yoxluğun da yalan onsuz
Hәr sәtrim haram olsun
Sevə bilmərəm əvvəlkitək
Dinə bilmərəm, sevsəm belə
Yola salaram son mənzilə səni
Çoxdan solub əlimdə ləçəklər
Gəlirəm
Bir ovuc torpağın həsrətindədir əllərim
Amma mən sənin əvəzinə hər dəfə gül dərirəm