BadClause Music, PRoMete - Ata Yurdu mahnı sözləri (lyrics)

[BadClause Music, PRoMete - Ata Yurdu mahnı sözləri lyrics]

Var donan qəhər yanaqda ki
Başqa ifadəsi yoxdur
İllərdir xarı-bülbül pərişan
Dürdanəsi yoxdur
İti iti qovan kimi qovarlar, istiarəsi yoxdur
Ya Qarabağ, ya ölüm var
Başqa bir çarəsi yoxdur!

Var elə igidlərimiz ki
Onları görən qoşunlar dönür
Bayrağı sancan əsgərin sevincdən işıldar gözü
Qayıdır qanlar
Qayıdır cismin aldığınız canlar
Tarix geri qayıdır -
Xankəndinin işıqları sönür
İçimdə qartıyıb harayım elə bir həsrət ki
Bu çətin tutar sarğılar yaramı
Nadanlıq edirlər bağlayıb qapısın sarayın
Say görüm neçə düşmən meyidi
Ovudar ağlayan ananı!?



Sərəncamlar əleyhimizə minir qüvvəyə
Öldürə bilmir ruhun döyüşə hazır cavanların
İnsanda vətən sevgisi baxmadıqca ali rütbəyə
Yəqin ki
Qarşısın almaq mümkündür bu cür halların

Əlimdə bayraq, şüarım, əhd-ilqarım – Qarabağ
Sənin hər qarışına qurban gözüm, canım
Qarabağ
Min cahu-cəlalla qayıdır övladların Qarabağ
Sən mənim iftixarım, şərəfim, şanım Qarabağ!
(Hicranım Qarabağ…)

Qara buludlara bürünəcək şəhər
Bombalar yağacaq yenə qaçacaq yağılar meşəyə
Neçə yanar ürək qayıdacaq evinə

Qara buludlara bürünəcək şəhər
Yağacaq bombalar yenə qaçacaq yağılar meşəyə
Neçə yanar ürək qayıdacaq evinə

92 duymadı şəhid harayını
Həmin o karlardır ki, dəstəkləyir terrorizmi
Nəticəsi olmadı AAK-ın VI qurultayının
Avropa birliyi hələ də
Qaneedici detal istəyir

İllərlə qanlar axdı, illərlə vətən sağ oldu
Neçə övlad ətri qarışdı
Səngərdə barıt qoxusuna
İllərlə göz yumduğumuz dərdlər dönüb dağ oldu
Və o dağ şəhid xəbəri
Çatdırır kasıbın qapısına

Bizə "qorxaq" dedilər
Biz həmişə ön cəbhələrdə
Göz ardı edildik onlarca bəyannamələrdə
Adımızı görsək də keçmişdə qanlı səhifələrdə
Vuruşduq, əl çəkmədik
Əsgər buraxmadı silahın əldən

Çingizin yoluyla gedirik haqlı
Və düz yoldayıq o qədər susmuşuq
Bu təmkinliyimizin son halıdır
Bütün cəsarətimizlə 27 il sonra Murovdayıq
Qarabağ tək ünvanımız! Bizimdir
Bizim olmalıdır!

Qara buludlara bürünəcək şəhər
Bombalar yağacaq yenə qaçacaq yağılar meşəyə
Neçə yanar ürək qayıdacaq evinə
Qara buludlara bürünəcək şəhər
Yağacaq bombalar yenə qaçacaq yağılar meşəyə
Neçə yanar ürək qayıdacaq evinə

Yanımda qapı-qonşum
Gizlənmişik ağacın dibində
Şaxtalı hava, ayaqyalın
Yazığın əri də xəstədir
Soyuq nəzər asılı durub
Nurani kişinin üzündən
Faciə, ah nalələr, dinməz güllə səsləri

Buraları tanımıram, bilirəm ki
Xeyli uzaqdır evdən ərimdən xəbərsizəm
Qızımı da onlar apardılar
Yazıram son ümidimlə
Bu məktubumu oxusanız əgər
Bilin ki, qaçmamışıq, bizi zorla çıxardılar

Qara buludlara bürünəcək şəhər
Bombalar yağacaq yenə qaçacaq yağılar meşəyə
Neçə yanar ürək qayıdacaq evinə

Qara buludlara bürünəcək şəhər
Yağacaq bombalar yenə qaçacaq yağılar meşəyə
Neçə yanar ürək qayıdacaq evinə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio