BadClause Music - Ayrı Dünyalar mahnı sözləri (lyrics)

[BadClause Music - Ayrı Dünyalar mahnı sözləri lyrics]

Çoxdandır ki, sən barədə yazmırdım
Unutduğumu sanmışdım, yanılmışam mən
Gedən qədəmlərinə xeyir-dua, qarğışam hərdən
Bir müddət qal bu şəhərdə
 gəl qalmışam həmdəm

Yarı gecələr yas tuturam, yarı səhərlər
Şərəfin qaldısa səhvən
Qoy onda yazım əzəldən
Danışım nə etdiklərindən, əfv etdiklərimdən
Danışım dəyərindən
 bir az da sən yan qəhərindən
Yadında demişdim ki
 bizi bizdən tək biz ayıra bilərik onda
Bizdən başqa hər kəsin odunda köz olmuşduq
Yalanlar danışdıq, bir az inanmışdıq
Hər şey öz yoluna düşər, düşürdü az qalmışdı

Amma öz axmaqlıqlarımızın ucbatından elə
Bir yerə gəldik ki
Artıq hisslər belə kömək olmur


Nə qədər ürək-dirək oldum
Körpə qəlbə bələk oldum
Sonda bacarmadıq və ayrılıq gərək oldu

Yarım qalan bir hekayə yoxdur, ömür var
Mənlə birgə doğulub orda-burda
Mənsiz ölür yar
Özgəsiylə sıxma qəlbi, gəlsə könül dar
Nə vaxtsa bezib, çıxıb getsən, inan
Yol deyil intihar

Deyirəm geri dön, göz qayıdır
Dil "yox" – deyir, "imkan"
Səninçün heçəm artıq
Bilirəm ağıla yer eləyib inkar
Əgər ki, könül toxsa
Görəcəksən hər ürəyi zindan
Olmasa qeyri bir ünvan, çəkinmə
Burda yerin var

Biz ayrı dünyaların adamları
Ayrı röyalarda tək qalanlar idik
Bunu sonda anladım gəzişir sarışan halım
Közlər üstündə ayaqyalın
Ötür doğum günləri, tək üfürüb yanılı şamları
Biz ayrı dünyaların adamları
Ayrı röyalarda tək qalanlar idik
Bunu sonda anladım gəzişir sarışan halım
Közlər üstündə ayaqyalın
Ötür doğum günləri, tək üfürüb yanılı şamları

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio