BadClause Music - Ayrılıq mahnı sözləri (lyrics)

[BadClause Music - Ayrılıq mahnı sözləri lyrics]

Burda sәnsiz әsir külәk, sәnsiz keçir zaman
Sәnsiz otaq kiçilir, üstümә gәlir tavan
Yağışlar da sәnsiz yağır,  xәtrimә dәyir sәma
Halsızam sәnsizlik ziyandır sağlamlığıma

Xәtrinә xoş olar bәndim
Varlığınla nәfәs alan mәn idim
Yox olan sәn idin
Küpünә dolub daşar, tökülәr yerә
 toz olar sәbrim
İntiharda tәk ümidim o ki, boşalar kәndir
İsti otaqda donuram sәnsiz, dәrәcәm mәnfi
Sәni sevirәm hәrdәn
Amma arada yadıma gәlir sәhvin
Ayrıldıq, uzaq düşdüm sәnә edәrәk ömrü tәhvil
Gecә qucaqlayıb yatıram deyә
Tütün qoxur şәrfin

Getdin bir gün, o günün ertәsi olmadı
Ruhumu öldürdün, çox cismi yormadın
Bir müddәt yox oldum, axtarmadın izimi


Sormadın sәn mәnim hәrşeyim oldun
Mәndәn bir zibil olmadı

Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
Ayrılıqlar bol oldu, soyudum
Axı hәr dәfә mәn
Әgәr ki, sәndәn getsәm tut mәni
"getmә" denәn
Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn

Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
Ayrılıqlar bol oldu, soyudum
Axı hәr dәfә mәn
Әgәr ki, sәndәn getsәm tut mәni
"getmә" denәn
Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn

Bilmirsәn nә demәkdir - bu
Şәhәrdә sәnsiz qalmaq
Sәssiz qalmaq vә nәfәssiz qalmaq
Başa düşmür mәni tәrs insanlar
Şәkillәrdә üzüm gülәr
Amma mәni dәrdsiz sanma
Vaxtilә qəsddin canıma
Kədəri qəlbə həkk edən
Sәn hәr gecә geri dönәn olardın
Sәhәri günsә tәrk edәn
Divarların da halı yoxdur ki
Yumruğumu bәrkidә biz bir ailә olmadıq ki
Masaya vuraraq әrk edәm

Ruhən ayrısan, şeirdə, sözdə mənimsən
Mənim sükutumsan, susanda səsimə səmirsən
Səni düşünməməyin tək yolu yuxuya getməkdir
O da ki, alınmır, yatan kimi yuxuma gəlirsən

Sabahına unutmaram
Mən hər gün "bu gün də sevirəm"
Mən səni gülərək sevmirəm, can
Hüznlə sevirəm
Çıxıb getsən belə səhvinlə, düzünlə sevirəm
Narahat olma səni hər iki üzünlə sevirəm

Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
Ayrılıqlar bol oldu, soyudum
Axı hәr dәfә mәn
Әgәr ki, sәndәn getsәm tut mәni
"getmә" denәn
Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn

Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr
Ayrılıqlar bol oldu, soyudum
Axı hәr dәfә mәn
Әgәr ki, sәndәn getsәm tut mәni
"getmә" denәn
Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio