BadClause Music - Bakı mahnı sözləri (lyrics)
[BadClause Music - Bakı mahnı sözləri lyrics]
Vəziyyət zad necədir? Yaşayırsan da birtəhər
Palçıqlı magistralların, uzanır gözümdə yol
Heyif tanınmır alimin
Daha "blat"lı fahişələr
Düzüm adına qafiyələr, şair səni vəsf eləsin
Çirkab, zir-zibildir Xəzər yanda qum dənəsi
Sektordan incilər - Qırmızı "Winston"a meyli
Balaca qızlarına denən ki
bir də belə qələt eləməsin
Dahi olan bəndə, niyə qoyur axı minnət mənə?
Bir dəfə düşsən gözümdən ölsən
Belə əfv etmərəm
Özün ol öz yazınla, qəti özənmə özgələrinə
Sən ha pislə özlüyündə, şair deyir afət mənə
Al xeyri rədd elə, eyiblərin gözümə girir
Məşhurluğa gedən yola da əyri
Qoyub düzünə girir
Nə olub bü günə kimi fələk sayıb
Düz sayıbdır
Ayaq açma - dediyin qıza, şair olma, ayıbdır
Yaşamadı 90 lar, şərindən də güdər xeyir
Qalmadı səmimiyəti, şəhər üzümə yalan deyir
Çox babat günlər idi, köhnə kəndə edək seyr
Biz həmin uşaq deyilik, Bakı da kı
Köhnə Bakı deyil
Yaşamadı 90 lar, şərindən də güdər xeyir
Qalmadı səmimiyəti, şəhər üzümə yalan deyir
Çox babat günlər idi, köhnə kəndə edək seyr
Biz həmin uşaq deyilik, Bakı da kı
Köhnə Bakı deyil
Bir də salam, səhər günəş, gecələr ayın çıxır
Çörək kəsdiyim oğlan da
Niyə axırda xain çıxır?
Ay şair, oğurluq eləmə, savada ləkə vurma
Dinləyicin görməsə belə Türkiyədən
Tayın çıxır bakı, bizimlə səmimi ol
Gözəlliyini istəmərəm
Əvvəllər təmizi idin, sonra çıxartdın zayını
Nəyə görə sevgilimizlə gəzdiyimiz küçələr
Gecələr iynə dərman iyindən keçilməz sayılır?
Məni sözümə görə sevin
Səhvim varsa üzə deyin
Özüm özümə dahi demədim, yaradan şair yaradıb
Ayağ altını qazan boldur
Zır palçıq dizə dəyir
Yaxınım da ki, çoxdur düzdür
Təməli Xırdalanda Babadır
Mənim həyatım, hə, mənim, kimsə qarışmasın
Rəfiqən də sənin tayın, de ki
Boş yerə yarışmasın
Bakı, səndən zəhləm gedir
Amma bir xahişim var
Həddi büluğa çatmayan qızlar
Intimdən danışmasın