BadClause Music - Bülleten mahnı sözləri (lyrics)

[BadClause Music - Bülleten mahnı sözləri lyrics]

Yenə həmən sfera, yenə həmən dilemma
Çıxış yolunu tapmayan yeniyetmə
Əl atır intahara
Yar olmaq asansa, yaralıya bir dəfə yar ol
Hamı düzgün sevgi axtarır
Heç kim demir - məndə var o

Dünya buraxıb özünü, yox çərçivə
Yox nə qanun
 yol çoxdur getməyə, amma yox işıq tutanım
Dedilər mənə ki, yaz yarat
Inan çoxalan dərd azalır o qədər şeir yazdı
Amma heç gülə bilmədi bu zalım
Həyat döyüş, udan yoxdur, uduzur hamı
Mənliyin uduzan insanlar var
Neynirəm pul uduzanı?
Biləyi bükülməyən kəsi də kimsə
Pulla vurub uzadır
Padşah utanmır, icmada qul qızarır

Düşün, otur, düşün daşın gör ki, sən busanmı?


Bu qədər əziyyət çəkmişik
Səhv eləmişiksə bəs düz hanı?
Popçuların içində "ture"luqdan rep usanıb
Qızdan zaddan yazacam çarpayımda tək uzanıb

Bizim həqiqətlərimiz ayrı
Biz bu xülyada qəriblərik
Bizdən gedən hamı peşman olub
Yenə geri qayıdır nəsə qəribədir!?

Bizim həqiqətlərimiz ayrı
Biz bu xülyada qəriblərik
Bizdən gedən hamı peşman olub
Yenə geri qayıdır nəsə qəribədir!?

Boyayıb gözlərimizi, nə yoxdursa, var dedilər
Həqiqət axtarışına çıxanlara yad
Ünvan dedilər oxu tar, oxu tar - dedilər
Oxu qurtar dedilər dözə bilmədi Elinalar
Tək yol intihar dedilər
Başa düşmür səhvini, dəyir ağlın küt yerinə
Efirdə qalmaqal salır
Düşür səhər bülleteninə
Bu ölkədən necə sənət gözləyim axı mən?
Uğur halal deyil, sənətçi verirsə produserinə

Xeyir üçün, ya şər üçün, axı
Susmuşuq nələr üçün?
Vicdan, insaf, ədalət yox
Öldürmüşük hər üçün artıq real hip-hop
True yemir innovativ gənclər çün
Kütlə itirir anlayışını dildə ancaq cənq-cünq

Tufana bel bağladınız bu badi səbada
Sizə görə "new generation" – "Panamera"
"90’s" – "самокат"
Ayağım qandallıdır, çiyində yük
Əlimdə çamadan
Gedirəm həqiqəti tapmağa, siz sağ
Mən də salamat

Bizim həqiqətlərimiz ayrı
Biz bu xülyada qəriblərik
Bizdən gedən hamı peşman olub
Yenə geri qayıdır nəsə qəribədir!?

Bizim həqiqətlərimiz ayrı
Biz bu xülyada qəriblərik
Bizdən gedən hamı peşman olub
Yenə geri qayıdır nəsə qəribədir!?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio