BadClause Music, Tarlanthis - Cafune mahnı sözləri (lyrics)

[BadClause Music, Tarlanthis - Cafune mahnı sözləri lyrics]

O qәdәr şey yaşadıq, yadında qalan öpüşlәrmi?
Niyә hәr halımı sevmәdin? İstәdin dәyişmәyimi
İndidәn belә istәmirәm
Bir dә onla görüşmәyini
Tәsir etmir söz, keçibdir son görüş qәmli

Yanımda qal dünyada çoxdandır pis gündәyәm
Xoş vaxtım gәlmir yada
Mәn sәnә öyrәşdim,  daha xәtrimә dәymir yalan
Sәhvim odur ki
Ciddi düşünmüşdüm әldә üzük olmadan

Yenidən gəl, әllәrinә toxunum
Saçlarından öpәrәk qucaqlayaram möhkәm
Hәr zaman xoşbәxt elә heç
Vaxt ağlayanda görmә
İtәrәm göz önündәn, görmәk istәmәsәn mәni sәn

Ayrıldın həyatımdan
Uzaqda yad qollar, məndən ayrı həyatın var
Yazılıb xatirələr 2014-ün axırında


Qəhvəyi gözləri məni süzərdi
Kapuşonun altından

Hәr hüznlü musiqidә köksümdәn qopar adın
O Mirini unudub daha maraqlanmır o hardadır?
Eşqini şәrab elәsә, ilk badәdә doyar qadın
Və şәrәfinә içdiyim hәr içki dodaqların dadır

Mәn hәlә dә sәni yazıram
Sevgililәrә yalan danışıram
Aşiqlər kül olub, çıxmadı sağ qalan qarşıma
Xəbərim belə olmadı mənsiz pis ya da ki
Yaxşısanmı?
Etdiklərin axmaqca idi, yaraşmırdı yaşına

Hər nə olsa da dön mənə, әllәrinә toxunum
Saçlarından öpәrәk qucaqlayaram möhkәm
Hәr zaman xoşbәxt elә
Heç vaxt ağlayanda görmә
İtәrәm göz önündәn, görmәk istәmәsәn mәni sәn

Eşqini yad könülәmi saxladın?
Hisslәr yatır әn dәrindә
Köksә möhür saçların
Gülә bilmirәm әvvәlki kimi
Qırışıbdır göz altlarım
Sәndәn inciyib qollarım, özgәnimi qucaqladın
Yar?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio