BadClause Music - Cheerz mahnı sözləri (lyrics)
[BadClause Music - Cheerz mahnı sözləri lyrics]
Tanrı dualarımıza baxmır, dolubdur "direct"i
Nə yazdığım sözüm keçərli, nə də "rhyme" iti
İndi xoşbəxtlik gözündən ürək
Çıxan smaylikdir
Bu qədər rəqəmsaldır həyat
Bu qədər texnikiləşib hər şey
Ya hisslər çox həssasdır, ya insanlar vəhşi
Kobud davranmışıq incə detallarla
Daha tərs hər işim
Heç vaxt dəyişmərəm – sözünü
Deyən hamı dəyişir sən də çox dəyişmisən
Düzlərində olub xeyli səhv
O qədər səmimi adam var, ilki mən
Sonu eyni sən
Kimisə unutmağın ən acizanə yolun seçmisən
Görəsən həyat yolunu kimin
Əlindən tutub keçmisən?
Oralar yad gəlirmi, samanlıq ya seyrandırmı?
Məktubda "bağışla" yazırsanmı
Ora leysandırmı?
Qafil eşqə nazil olan bu əzazil o insandırmı?
Səncə can yanırmı, yar
Ya yanan elə tək misramdırmı?
Yalan dünya batsın məni dərdə salan dünya
Yan, öz odunda qalan, dünya
Zülmətə boyan, dünya
Yalan dünya batsın məni dərdə salan dünya
Yan, öz odunda qalan, dünya
Zülmətə boyan, dünya
İçimdə iki qeyri dünya, qeyri adam, iki dərya
Biri doğma, biri yad, biri
Mənə: oyan – deyir, biri – yat
Biri: sus – deyir bu nakam eşqə
O biri çəkir fəryad bir yanımda gölməçədir
Bir yanımda yanğın hər yan
Bitmir heç ahım, min bir əzabın
Çarəsi içməksə, dayanmayaq, birin də açağın
Nə marağım vardır günə, nə vardır aya marağım
İlişib ömür hörüklərinə bu intizar darağı
Girim eşq bağçasına gərək
Orda ən gözəl gülü dərim
Bir dənə də məktub yazıb, ətirli zərfə büküm
Göndərim
Səni təsvir eyləsin yazılan bütün sözlərim
Elə xoşbəxt olaq ki
Ürəyi partlasın ötən günlərin
Axı, çox dərddən yazdım və
Girdi günaha rəsmlər guya ki, o qürurlu
Amma alçaqlıq var ifadəsində yəqin ki
Eşitməyəcəksiniz onun adını bir daha səsimdən
Çünki, xoşbəxtliyim indi
Başqasının himayəsindədir
Yalan dünya batsın məni dərdə salan dünya
Yan, öz odunda qalan, dünya
Zülmətə boyan, dünya
Yalan dünya batsın məni dərdə salan dünya
Yan, öz odunda qalan, dünya
Zülmətə boyan, dünya