BadClause Music - Deyəsən Unutmusan mahnı sözləri (lyrics)

[BadClause Music - Deyəsən Unutmusan mahnı sözləri lyrics]

Mənim bir arzum var, ömrümə qəm-kədər saldı
Mənim bir ağrım var, ağlamağıma səbəbkardır
Okean ortasında qayıq
Külək aşırdı hər yelkəni
Yolun düz ortasındayıq gəl yenidən
Tərk et məni

Yenidən öldür ruhumu
Yenidən dolsun dəftərlərim
Gecələr qəlbimi yandıran həsrətin
Qədəmlərinin səsi gəlmir vərəqlər qəhərlənir
Unutmusan deyəsən, mənlə açdığın səhərləri
Mən sahib olmadığım hər şeyi borcluyam sənə
Sən yaşanılan hər yalnızlığın
Ən gözəl halısan
Boşdur cümlələr, sənə sərxoşdur bu bədən
Eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən

Aşağıda göydələn, üstündə bir cüt ayaq
Köndələn ipin zolaqlarının silüetində
Öldü kölgələr


Ağır qəm yüküm mənə, al apar dərdi
Könülə gəl yadım silinib indi təmiz
Yoxdur bir iz köhnədən

Görən nələr qalıbdır həyatın
Özgə səhifələrində?
İllərdir intihar küləktək əsir pərdələrində
Otağımın havasını dəyişir hər
Dəfə fərqli ətirlər
Cənnət saydım onu bu dünyanın cəhənnəmində

Onun saçlarında basdırdım ruhumu bir gecə
Xəbəri belə olmadı, qollarımda yatmışdı necə
Öpdüm sakitcə, dodaqlarım yanağına söykənəndə
Bir pıçıltı qopdu bağrımdan oyandım nəsə

Yuxumda yuxuya gedən sevdiyimin ətri
Üst başımdan uçur
Onuncu mərtəbədən tərk eləyir pal paltarımı
Bütün tənhalıqlarımın dərmanını aldı əlimdən
Qadınım, çıxıb getdi, ən sonunda tək qaldım

Sən sardın hər yanımı, tüstüyə qarışıb
Əhvalım çaş baş qalıb
Dolaşıq qaşqabaq bulaşıb
Üzümün cizgilərinə atmışam həyatın daşın
Bir də ayılanda gördüm ki
Artıq altmış olub yaşım
Yavaş yavaş yaxınlaşır, sonuncu dayanacaq
Müəmmalıdır ki, kim gedəcək, kim qalacaq
Üzümdən itib gülüş, kefim yoxdur bir balaca
Çün, bugünkü xoşbəxtliklər nəvaxtsa
Dərd olacaq

İkimiz ayrı ayrı parçalarıyıq eyni cümlənin
Bizi birləşdirmək üçün bir söz bəsdir, inan
Yeganə dərmanı qayğı idi bəzi xəstəliklərin
Mən özüm qayğıya möhtacam
Sən də xəstələn bir az

Köhnə bəstələr dayaz qalıbdı dərinliyində
Dostların səni sevmir
Saxtalığını tərifləyirlər
O gileylənir - deyirlər, - yalanlar ilə
Şər ilə amma çalış uzaq saxla
Eyiblərini gəlinliyindən

Artıq nə inciyim mən? Peşman olub sözlərim
Səni son dəfə görəndə dolmuşdu
Bu korun gözləri yadında yadlara tay yoxluğa
Qərq oldum üstəlik sən bir gün getdin
Mənsə yüz il yolunu gözlədim

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio