BadClause Music - Ekstaz mahnı sözləri (lyrics)

[BadClause Music - Ekstaz mahnı sözləri lyrics]

Adətən kimisə sevəndə çox
Sevirik olub təslimi
Bəzən doğmalar çıxır gedir və yolun kəsmirik
Bir gün xoşbəxtik qalan günlər onun tərsidir
Və hər şey yoluna düşdüyü
Anda keçir otun təsiri

Xoş günə gedən qayıqda azdırır külək yolumu
Ayrılsaq da mən də gülürəm
 güldüyünü biləndə onun
Dolduqca bakal, dolur gözlərim
 amma ürək dolmur
Və bəzən tək ağlamaq kimləsə gülməkdən zordur
Hmm yadlaşıram şeirlərimlə
Hər gün daha da ümidsiz
Və keçir heyiflə illər
Səmimiyyət uzaqlaşır, addım addımın ardıyca
Soyuq gecələr isə daha xoş isti səhərlərindən

Bir badə şübhə yox, eşqlə tam dolmalıdır
Hər şey yaxşı olacaq la olmur


Icraat olmalıdır
Başa saldım ki, həmişə düzü deyib
Üzü ağ olmalıdır
İnsan hər yalanı yeməməlidir
Damaqda dad olmalıdır

Atamla bir qocalırdım
Yaşım hələ gənc ola-ola
Yaşamaq istəmirdim, yalnızlığıma qərq ola-ola
Deyirdi zirvəyə can atma, yamaclarında dolan
Sən insanlığını qoru əsas
Sonrasına nə olar-olar

Yazar qələm, kəlmə tükənməz
Aynalar pərişan, əksim ilə hər görüşəndə
Mən yenə məndən uzaq, qəliz
Bircə sənlə mükəmməl
Nədənsə hələ də can yanır
Sətirdən sətirə düşəndə

Ya bitib artıq həyat
Ya insanlıq başlamayıb hələ
Buralar cəhənnəmdi, xoş günlər qanlı səhifədə
Birinə gülüş bəxş eliyən tale
Başqa birinə qəm
Verdikcə, hüznlü olacaq həyat şeirlər qədər

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio