BadClause Music - Eyni Şeylər mahnı sözləri (lyrics)

[BadClause Music - Eyni Şeylər mahnı sözləri lyrics]

Mən həmənki yazan adam, sən həmənki şeir
Münasibət çox dəyişibdir, daha əvvəlki deyil
İllər ötsə də belə, hələ də məyus
Yolumuz eyni
Səndən özgə hər mübtədaya məchul oldu felim

Ötüb keçdi geridə qalan 3 il
Və yadıma düşdükcə darıxacaqdım
Darıxırdım halım acınacaqlı
Başa düşərsən yəqin məni
Sənin də səbrin tükənib sübhdən uzaq
Nəfəs dərirmiş kimi dərirəm gecəni
Məni yorur eyni həyat, sıxıcı, monoton
Eyni gün, güzəran eyni, halım eyni
Əhval eyni
Hər gün ayrı ahı geyinsə belə ruhum
Ehtişamı eyni dərdin
Bitməz-tükənməz, özümə yükəm mən

Yazmadıqca yadırğasam da
Hər dəfə məsum baxışlara görə


Səni bağışlasam da
Ətrafımdan iyrənib, insanlardan iyrənib
Otağıma qapansam da, çarəsi yox bəzi şeylərin

Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam

Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam

Tanıdığım gündən eyni, səbirsiz və ərköyünsən
Çox haqsızlıq elədin, susdum
Təki sən gülümsə hər dəfə yanıma gəlsən belə
Düşdüyün hər düyündə
Ürək sözlərimi eşitmədin şəhərin səs-küyündən
Səni bəzən səhv salıram içimdəki tənhalıqla
İkiniz də eyni, təklik və səssizlikdən ibarət
Ölümünə vurğunam sənə bütün
Səhvlərinin acığına
Hətta alıb verdiyim nəfəs də sənə ithafən

Nə vaxtsa məni anlamasan
Ürəyinin səsini dinlə
Bu günə kimi dərdim olmayıb sevmək
Nə sevilmək
Yanımda olmağın istədim, olsa da çətinliklə
Məncə xoşbəxt olmaq üçün sənə bəs idim mən

Artıq günlərim aydın deyil, nə gecəm xeyrə
Dəqiqələr ötüb keçir
Çoxalır məni üzən şeylər
Nə qədər ölsə də yaşam sevincim
Incit'sən də məni tək qalmaq istəsən belə
Heç yerə gedən deyiləm

Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam

Məni yada salmasan da, üzümə baxmasan da
Sevgimi anlamasan da, bir oda yanmasaq da
Gecələr qəhərlənib başqasıyçün ağlasan da
Hamı getsə belə, sonda yanında mən olacam

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio