BadClause Music - Geridə Qalan 3 il mahnı sözləri (lyrics)

[BadClause Music - Geridə Qalan 3 il mahnı sözləri lyrics]

Mən səni ağlımda dustaq eləmişdim
Necə bu qədər tez unuda bildiyimə
Özüm də inana bilmirəm
Xatirələrimizsə canlanır hərdən bir
İndidən puç olan arzuların qədir-qiymətin
De kim bilər?

Kirli əlləriylə pak sevgiyə tilsim yoğurur
Dözmərəm özgə birisi öpsün səni
Bilsin qoxunu
Necә bәladır yoxluğun? Dәrd var
Mәlhәmi yoxdur
Sәnә yazdıqlarımsa sәndәn özgә
Hәrkәsә toxunur
Mәn hәmin adam olaram, әgәr ki
Sәn hәmin qız olsan әlvida sözün yalan
Qalan hәr bir sözün düz olsa
Yenidən aşiq olaram hər zərrənə, hər cümlənə
Amma ki
Yoxdur elə möcüzə ötən illəri geri döndərə



Yolunda qaçan mən oldum
Sonunda sənmi usandın?
Əbədi məhəbbətmi, yoxsa ümidlərmi bu sandıq?
Dedim ki, yanımda qal
Gözümə yaxşı dəymir uzaqlıq
Özgә nәfәsə məhkum oldun
O gün әlini buraxdım

Dәryalara bağırdım adını
Mәn yalvaram, duy imdadımı
Gizlәnirәm, gözlәrin axtarmır
Әllәrinә toxunan yadlarmı?

Eşqin fədakarlığına bax, alır gənc yaşda canı
Qiyamətdir rəbbim ahımı duy, köz yaşda yanır!
Atdı özünü bədən, tuta bilmədi göz yaşlarını
Həyatın qəbahəti bu - gec böyüyüb
Tez yaşlanırıq

Ruhuma toxunmuşdun
Əl izlərinə baş əyirəm mən
Əlimdə şeirlərimi, ürəkdə səni daşıyıram mən
İki il öncə söz verdik "Beş
Il sonra ailə quracağıq"
Geridə qalan o üç ilin ümidiylə yaşayıram mən
Sətirdə qan ağlayırdım
Üç nöqtə kəsdi avazımı gözlərim qəm gölüydü
Isti yanağa çəkdin ayazını
Qəlbi yerinə qaytar
Ölməyib hələ qəbri dayazdır
Əllərimin qədrini bil
Bu qələm hər qıza yazmır

Adı hər misrama ünvandır, bəddi qiraət o
Sevgimi yerə atmışdı, peşmandır nəhayət o
Uzaqlarda nalə çəkim, göz yaşıyla müşayiәt ol
Mәn sәsimә yaxşı baxım
Sәn saçından muğayat ol

Dәryalara bağırdım adını
Mәn yalvaram, duy imdadımı
Gizlәnirәm, gözlәrin axtarmır
Әllәrinә toxunan yadlarmı?

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio