BadClause Music, Noton - Günəş mahnı sözləri (lyrics)
[BadClause Music, Noton - Günəş mahnı sözləri lyrics]
Amma yox xeyri bizә
Sәn şeir dәftәrimin boş sәhifәsisәn
Sәn körpә qәlbin ilk ümidi vә son sevgisisәn
Sәn hәr ayın on yeddisisәn
Gedәnlәr әliboş getmir, xatirә - canı aparır
Zәhәrlә hәr yaramı
Sükutun içrә sәsinә küydür and-amanım
Sırf səni düşünməkdən 20 yaşda saçım ağarıb
Sevməmisən! Çünki, kefini pozmur ağlamağım
Xәyallarında "gözlәri dolan yar
Hüsnü" yad edib i̇çdiyin sevgi andıdırsa
Hәr bir qәdәhin olur nuş
Gülüşün eyni, ünvan ayrı, amma ruhu şad edir
Sәn demә eşq yolunda ölәnlәr dә şәhid olurmuş
Həyatı kor olan bəndə mәn, sən dә seyrimsən
Yalnızlıq çox yaraşır sәnә, məni neynirsən?
Sən mənim yaradandan belə
Gizlətdiyim eybimsən
Sən mənim intihardan öncəki son şeirimsən
Eşqi bәzәyәk öpüşlәrlә, qəmlә dolduraq içini
Yol çәkәn bir cüt göz
Yaşla dolub min ağrı keçirir
Ya özümü yadırğamaq
Ya onu xatırlamaqdır seçimim
Şәrab gülümsәmәkçün, pivә ağlamaqçün içilir
Hər dərd dərd üstə gəlir
Adınla qəm-qüssə gəlir
Mən üzünə baxa bilmirdim
Ona göz vururdu özgələri
Tələsdim aşiq olmağa, təəssüf səni gözləmədim
Hər sözüm xoş gəlirdi
Indi incidir cümlələrim
Bu günün sabahı vardı, talehim sandım səni
Yazdım səni
Dünəninə baxmadan sevdim səni, seçdim qəmi
Ətrini qoxlamadan sevdim səni
Bircə dəfə də olsa qucaqlamadan sevdim səni
Sevdim yəni!
Neçә gün, neçә hәftә, neçә aylar
O bu yuxudan çәtin ayılar
İnanma ki, nә vaxtsa qayıdar
Mәnә sevgimi yox, özümü qaytar!
Neçә gün, neçә hәftә, neçә aylar
Çәtin ayılar i̇nanma ki, nә vaxtsa qayıdar
Mәnә sevgimi yox, özümü qaytar!
Acıları unudum deyə kimlər mənə nələr deyib
Doğruları, ağrıları zaman özü ələr deyir
Bir də gəlməz - dedim
Onlar - yenə gələr - deyir
Mən çoxdan öldüm, can
Axirətdə üzbəüzə gələrmiyik? Hə?!
Günlər keçir, bugün-sabah
Yollarında əlil qalan
Çox çarəsiz bir insanam
Ən aciz gözləməkdir, bu gün gələr
Gələr sabah bir gün möhtac olasan, can
Sənə möhtac insana
Nə xəyallar qurardıq, sən olmasan ölər guya?!
Sən günəş olsaydın, ətrafında dönər dünya
İndi yoxsan sən, xəyallarım düşüb suya
Öyrəşmişəm artıq, sən olmasan da dönər dünyam
Günəşimi basdırdım mən
Günəşimi basdırdım mən
Neçә gün, neçә hәftә, neçә aylar
Çәtin ayılar i̇nanma ki, nә vaxtsa qayıdar
Mәnә sevgimi qaytar!