BadClause Music, AYKA, PRoMete - Hava mahnı sözləri (lyrics)

[BadClause Music, AYKA, PRoMete - Hava mahnı sözləri lyrics]

Bizə lazım olan mərhəmətdir, ədalət yox
Bizə lazım olan cinayətkarın özüdür
Cinayət yox məzənnədəki rolumuzdur ki
Bu gün nə qədər dəyər görmüşük
Pərdələri cırmaqdır ki
Neçə nəfər üçün artıq ölmüşük?

Adət-ənənələrimizə uyğun yola
Veririk bir-birimizi
Bizə öyrədilən də elə budur ki, dava salmayın
Oyanın bircə dəqiqə, qalxın ayağa
Bəsdir yatdınız heç nə yaxşı deyil burda
Kimisə zorla razı salmayın!
Harda ki qayda-qanun olsa orda
Bir zibil tapaq
Bəlkə də bu ən sonuncu mahnımdır
Öləcəm sabah!
Yazacam tarixi anlardan, hər gizli sektadan
Qələmin mürəkkəbisə vərəqə dəyib dönəcək qana

Bəlkə yaralı göyərçinlərin ahıdır
Hər müharibə artıq dəbə düşüb - acından
Ölmək dörd uşaq ilə
Cibində pulu ola-ola batan nə
Qədər ömürə şahidəm
Həyat fəlsəfəmdə iz buraxdı hər müşahidəm

Dünənin səhvləridir ki
Bu gün ruhu rahat buraxmır
Günəşin acığıdır bəlkə
Ömürə hökm edən quraqlıq
Qərəzsiz yalançıların inamlarına
Məhkum olmuşam
Bədənimi satdı özgə ruha sonda doğma uşaqlıq

Bu böyük kölgələrin sahibləri eşitmir bizi
Bu sökük göydələnlərin tanrısı boğdu səsimizi
Aldı ümidlərimizi atdı uçurumdan aşağı
Sonda yorğun bir səs dedi ki
Dəlixanamıza xoş gəlmisiz!

Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq yollar dolanıqdır
Tələs gecə qalma burda havalar bulanıqdır
Çətindir nəfəs almaq yollar dolanıqdır
Tələs gecə qalma

Sonda aydınlaşdı ki, bizi qovan yox idi
Biz sadəcə unutmuşduq məqsədimizi qaça-qaça
O qədər qapanmışdıq ki
Başımızı qaldırıb baxanda
Gördük ki, yerdə qalan yollar da haça paça

Yeniyetməlik, gənclik indi ağ-qara
Şəkillər kimidir
Təkcə biz bilirik hansı rəngdə
Idi hansı məqam doğruları sevirdik
Çalışırdıq hər şey həqiqət olsun
İndi məcbur ən acıları ilə edirik yola davam

Axtarışlar əsas qayəsiydi həyatımızın
İndi axtarışındayıq, amma həyat anlayışının
Düşün, təsəvvür et ki, içindəsən, amma
Əmrinə tabesən əvvəl idarə etdiyin maşının

Bəyənmədiyin sistemin hissəsi olmaq
Sistemin oyunudur
Yoxsa şəxsi seçimdir, görəsən
Bunu bilir kim? Beş addım sonra nə olacağın
Düşünəndə üzümə qonur təbəssüm
Mən vəziri piyadaya görə
Qurban verən vunderkind!

Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq yollar dolanıqdır
Tələs gecə qalma

Burda havalar bulanıqdır
Çətindir nəfəs almaq yollar dolanıqdır
Tələs gecə qalma

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio