BadClause Music, Orxan Mürvətli - Insomnie mahnı sözləri (lyrics)
[BadClause Music, Orxan Mürvətli - Insomnie mahnı sözləri lyrics]
Zülmətə əlamət oldun günəşli mövsümdə
Bax indi zəhrimar yağır sevdiyin hüsnümdən
Saçına gül düzdüyüm günün dörd ay
Keçib üstündən
Dedin "Çıx get ayrı yaşa, amma ölürәm demә
Üzündә gülüş olsun, eybi yox
Mәnә aid olmasın"
Sәni unutmaq üçün heç bir cәhd göstәrmirәm
Siqaret belә çәkmirәm ki
Qoxun üstümdәn ayrılmasın
Heç onun haqda danışmadın
O da mı möhkәm qucaqlayır
Sәmimidirmi baxışları?
Eşqimә haram qatdın, mәn bu halla barışmadım
Vә hәlә dә gülә bilirsәnsә, demәli
Tanrı bağışladı
Sәninlә çox güldüm
Amma göz yaşı qәdәr olmadı
Bir gecә sağollaşdıq ondan sonra sәhәr olmadı
Yediyim zәhәr olmadı, çün
Sәnsiz bir tikә keçmir boğazımdan
Amma sәnә nuş oldu bir tәhәr olmadın
Etdiyim dualarda hәr iki sözümdәn birisәn
Yıxılan içdәn gülә bilmir, özümdәn bilirәm
Cәnnәtin ünvanında sәkkiz qapıdan biri sәn
Sәnli günlәrimi itirmişәm, әcәlin tәqvimisәn
Dinmirsәn yadında yad qalıb adım
Hüznlü keçmişdi dekabr, son görüş yanvardadır
Bir gün özümü itirdim vә sәn heç axtarmadın
Yadımda yaxşı qaldın
Amma yanımda yar qalmadın
Yazarın qәm bәstәsi bir qadının xatirinә
O qadın gülümsәyir, dәrd elәmir yar yerinә
Çoxu onu vicdanlı sayır
Yalan düşür yad dilinә
O könül alır Bakıda, mәn Ankarada can verirәm
Aşiqəm hər dəminə həm xeyir, həm şərinə
Sürməli gözlərinə qurban
Mən ölüm dərd-sərinə o şirin sözlərinə
Ağlayan gözlərinə qurban
Mən ölüm dərd-sərinə o şirin sözlərinə
Ağlayan gözlərinə qurban