BadClause Music - İsti Cappuccino mahnı sözləri (lyrics)

[BadClause Music - İsti Cappuccino mahnı sözləri lyrics]

Bu yolda çəkməli idi, əziyyəti ikimizdən biri
Kobud münasibətimiz ayırdı bizdən-bizi
Xoşbəxtlik üstümə gəldi
Hisslərim "gizlən" dedi
Səni tanıyandan bəri, hər bir gecə
Dörd fəsildir

Heç vaxt istəklərimiz düşməyib üst-üstə
Bu sevgi necə yerisin durammırsa ayaq üstə?
Dizlərimi çökdürdün, yıxıldım üzü üstə
Hər gecə xətrimə dəy, səhərlər də üzr istə
Bəlkə də, soyuq olsa isinərdik bir otaqda
Gün gələr hər səhəri də
Aça bilərik bir yataqda
Sənli musiqilər varsa
Payız qalır bir qıraqda
Getsəm belə geri dönəcəm, hər ayın 19 da

İstərəm, bu cümlələri oxuyaq bir qulaqcıqda
Səsin düşsün səsimin üstə
Tüstü çəkək bir dodaqda


Mən danışım arzularımı, sən danışma, sus
Qucaqla i̇kimiz üçün ayrı dünya var
Amma bir addım uzaqda

Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə

Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə

Gedəndə bağırmışdım arxanca, sən eşitmədin
Sənin üçün topladım bu cümlələri
Sən eşit məni dedin ki
Darıxma mənim üçün - bəs işim nədir?
Bədənim 18 illikdir, ruhumsa beşikdədir
Düşünmədim necə olardı - sən dənizdə
Mən adada
Tapmadım, sənin kimi birisini bu yarımadada
Sənli xatirələri bircə-bircə atıram oda
Boş qalıbdır mesaj qutusu
Məni də yadına sal arada

Dünən gecəyə qonağım idin
Süfrə açdım ikimiz üçün
Götürüm bir badə, ikimizə bir şərab süzüm
Ümidə gedən hər körpü də
Əziyyəti belə seçdim özüm
O qədər bağlandım ki
Tərk eləməyə gəlmir üzüm

Dilimdə qaldı sözüm, sətirə dolardı gec
Sevgi yoxsa dözüm? Məncə birincisini seç
Boşuna xəyal qurdum, sevgili bir qırağa
Səninlə mən bir cümlənin içində
Belə olmadıq heç

Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə

Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio