BadClause Music - İyirmibeş mahnı sözləri (lyrics)

[BadClause Music - İyirmibeş mahnı sözləri lyrics]

Artıq baxışlarında o vaxtkı ifadə yoxdur
Artıq sənə qarşı olan hislərimin adı yoxdur
Artıq sözlər belə yarım qalıb ardı yoxdur
O vaxt geri dönə bilərdi
Artıq ixtiyarı yoxdur

Əlimi tutmağa yox, ixtiyarı unutmağa
Keçən o gözəl günləri
Xatirələri qırağa atmağa
İtirib gül camalındakı qəmzəsin
Hər gün ağlamaq özlüyündə üzü də qalmayıbdı
Artıq üzümə baxmağa
Dəyişib saç düzümün, dəyişib gülüşlərini
Bu dəfə başqası da yoxdur ki
Gəlib quruda dənizlərini
Tənhalıqsa qəliz gəlmir ona
Çünki o itirib daha saf hislərini
Geriyə də dönə bilmir
Qarışdırır ayaq izlərini

Yoxdur bir dəvası dərdinin, yoxdur çarəsi


Boğulur öz bağırtılarında yox, duyan naləsin
O itirib artıq ailəsin öz yalan dolanlarında
Güvəni də qalmayıb özünə
Qarşı addımlar iradəsiz

Ovuclarıma sığınan cümlələrin intizarıdır bu
Səmaya qalxan ruhumun ürəyimə fəryadıdır bu
Cəhənnəm iztirabıdır bu
Hansı ki yandırır canımı
Əzəldən günah idi bu, indi yorur vicdanımı

Bəlkə də
Əvvəlki vaxtlara geri dönmək istəyərdim
Həminki skamekada, həminki həyəcanla
Yolunu gözləyən o insanın yerində olmaq
İstəyərdim mən, həminki tənhalığımla

Heyif ki, pozduğumuz andlar buna imkan vermir
Nə qədər sadə görünsə də
Ayrılıq canımdan can alır bu gün
Məhəbbətə kor gözləriylə baxan insan sevmir
O insanın yeridir ki, ürəkdə boş qalıb bu gün

Doğma prospektdən yad biri kimi ötüb keçmək
Bu küt nəzərlə kəsilmir soyuq addımların ardı
İslanmış səkidəki ayaq izlərini ayırd etmək
Bu küçədən hər keçdiyimizdə məni qucaqlayardı
Birinci dəfə məhz bu
Yolda toxunmuşdum əllərinə
Sakitcə qucaqlayıb, eşqi etiraf eləmişdim
Utandığımdan baxa bilməmişdim gözlərinə
Amma necə sevindiyimi ilk
Öpüşdən hiss eləmişdi

O gündən ümidlərimi azad elədim boz səmaya
Artıq üzülməyimçün bir səbəb qalmamışdı
Bu gedişlə sevgimiz addım atdı düz bir aya
Gecə təbrik mesajı yazanda
Sevincdən ağlamışdım

Yəqin ki
Ona da xoş gəlirdi körpətək sevilməyi
O gənc yaşımda uşaqlığımı geriyə qaytarırdı
Ən dar vaxtlarında belə ikimizi bir düşünməyi
Sanki məni məndən alıb ayrı bir yerə aparırdı

Bakının küçələrində Parisdəymişik kimi gəzmək
Yorğun halının ardından üzünə gülüş səpir
Hər dəfə eyni küçədən ilk
Dəfəymiş kimi keçmək
Həminki həyəcanı duymaq birazca gülümsədir

İkinci ayı geridə qoyduq
Bir az soyuqluq var idi
Çünki təkcə sevgi bəs eləmirdi
Bəzi şeylər üçün
Üzülməyini istəmirdim, həyatı yaxşı olmalıydı
"Canım, hər şey düzələcək", - demişdim
Gözlərindən öpüb

Nədənsə inancı belə qalmamışdı heç nəyə qarşı
Elə bil kimsə əlindən bütün ümidlərin almışdı
Mən yenə yanında olmağa çalışırdım pis yaxşı
Amma bunu hiss edə bilmirdi
Məni də yadırğamışdı
Beləcə ötüb keçən hər gün daha pisləşirdi
Hətta günahı da özümdə görməyə başlayırdım
Hər şey düzəlmək yerinə daha da qəlizləşirdi
Artıq münasibəti ayaqda tək saxlayırdım

Get-gedə azalmışdı görüş günləri
Mən mesaj yazmadıqca qürur
Eliyib salmırdı yada
Gözümdən gözün qaçırdır
Yalandan gülüşlərindən başa düşürdüm ki
Əvvəlkitək sevmirdi daha məni

Nə biləydim ki
Sonunda ayrılıq var bu çağların? Heyif ki
Bu qədər xoşbəxtlik ona dərd olmuşdu
Mən ayrı qalmaq istəmirəm deyib
Bərk qucaqlayıb
Barışmaq istəyəndə o, nöqtəni çoxdan qoymuşdu

O günün axşamında qaraladığım beş-altı cümlə
O qədər yaşanılmışlıqlarımıza tamam
Tərs gəlir
Sonuncu görüşümüzdən ötüb keçən on altı gündə
Hər axşam evə gəlməyini
Gizlincə izlədim sənin

Nə yalan deyim
Çox darıxmışam təbəssümün üçün
Çünki bu məni xoşbəxt edən yeganə şey idi
Artıq bəhanəm də yoxdu, yolunu gözləməyimçün
Çünki o görüşə gecikib özgə
Birini gözlədir indi

Mən özümü sənlə birgə təsəvvür etmişdim
Məni sənsiz görən insanları kor
Olub deyə düşünürdüm
Nə qədər yanıldığımı çox gec
Dərk etmişdim mən
Sən demə, xəyalındakı sevgin deyilmiş ömürlük

Kiçik bir boşluğu səhvən
Böyük sevgiylə doldurub
Çoxdan həddini aşmışdım eşq ehtiyacının
Sənə günəş olmuşdum mən
Min özgə çiçəyi soldurub
Bu ömür bağçasında bircə səndə görüb əlacımı

Bir uşaq təbəssümündəki saflıqdan əsər yoxdu
Bu adam mən deyiləm, axı bunu sən yaratmısan
Hələ də gəlib-gedib səni soruşur məndən çoxsu
Sənsə məndən əl çəkib özgə könlünə yatmısan

Ən gözəl bəhanəydi sənin məni uzaqda görməyin
Hər şey yoluna düşə bilərdi
Ayrılıq olmamalıydı
Mənim ətrim qoxan bəyaz cizgili mavi köynəyin
Naxışlarına başqa birinin əli toxunmamalıydı

Yetəri qədər uzaqlaşa bilmişdi məndən axır
Sonuncu sözü olmuşdu ki, gedirəm
Qayıdan deyiləm özü dəfələrlə dedi ki
Ayrılacağıq əvvəl-axır amma ki
Hər nə olsa da
Mən heç nəyə görə peşman deyiləm

"Sən qol-qanadımsan" - demişdi ilk başlarda
İndi qolları özgə ünvanda qanadsız qalıb
Dedik ki, bu möcüzə olardı əgər bir yaşlansaq
Möcüzəyə inanmır, indi sözüm cavabsız qalır

Heyif ki, bitdi bu sevda 4 ay tamam olmadan
Onu həsrət çəkməyə qoymurlar özgə diyarda
Dedi ki
Çıxma önümə bir də əgər heç qarşılaşmasaq
Rahatca unuduram və zərrə qədər canım yanmaz

Necə rədd edə bildiyinə baxdım təəccüb içində
Son iyirmi bir ildə məni
Kimsə bu qədər yormamışdı təbii ki
Hörmət ilə yanaşırdım hər bir seçiminə
Amma daha hörmət edəsi bir
Seçim də qalmamışdı

Olan-olub artıq keçi, olana çarə olacaqlardı
Təkcə gələcəyə baxmaq keçmişi unutdurmur
Sənin haqqında yazdığım dəftərdə ocaq yandı
Qıraqda boş qalan hər vərəq ümidə sübutdurmu?

Ürəyim səni sevdikcə daxildə məhv olurmuşam
Elə bil dörd ay öncə
Ölüb dünən dəfn olunmuşam
Yanlış səhnədəymişəm
Ya tamam səhv roluymuşam
Bəsdir əl çəkin artıq məndən, çox yorulmuşam

İndi öz dərdinə yan
Səni mənsiz həyat gözləyir
Artıq yıxılsan da əlini tutan biri olmayacaq
O getdiyin yolda gəlib tənha tapacaqlar səni
Geri dönəcəksən
Amma inan həminki Miri olmayacaq

Bu haqda heç bir şey danışmaq istəmirəm daha
Canımı yandırır hər bir cümlədə içimdən gələn
Sən bilən əvvəlki kimi gücüm
Yoxdur səni bağışlamağa
Çıx get indi, haqqımı halal eləmirəm sənə!

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio