BadClause Music, Fidan Ərəbli - Jenesaispas mahnı sözləri (lyrics)

[BadClause Music, Fidan Ərəbli - Jenesaispas mahnı sözləri lyrics]

Bilmirәm hansı qızda qalıb uşaqlığım
Kiminçün darıxacağımı belә bilmirәm
- qәlizdir vәziyyәt nәdәnsә ümid olurdu
Kimәsә xoş anlar yaşatdığım
Dik durmağa çalışırdım
 dost mәni әzirdi qәsdәn

Özümә dә güvәnә bilmirәm, deyәsәn
Mәn dә saxtayam
Qaçırdım uğura doğru yenә uçuruma
Qayıdırdı bu yol tәqvimdә günlәr ölür
Yoxdu hәr ay yasın saxlayan
Gedişini gözlәrimdә sәhnәlәşdirirdi pavilyun
Kostyum sevmirәm deyә evlәnmәk istәmirәm mәn
Hamı yalan deyibdi mәnә, hәyat gözәl deyil
Mahnılarımın sәbәbin hərkəsdən gizlәdirәm mәn
Burda dәrd yazıram
Dinlәyicim "gözәldir" deyir

Mәn heç vaxt qanun qoymuram
Qoyulan qanunlara zidd gedirәm


Yalnızlıq azadlıqdır, azadlığım sıxır hәrdәn
Hәyatında yerim yoxdur
Varlığım üstün qәhәrdәn
Doğmalıq qalmayıbdı orda, küsmüşәm vәtәndәn

Yalan tәbәssümlә örtülü çöhrәm
Yandı siqaretim vә bir-iki
Damcı süzüldü göydәn
Mәndәn xәbәr ala bilmәyәndә
Heç üzüldünmü sәn?
Xәyanәtinin sayәsindә eşq düşürdü gözdәn

Hər keçən illərdə ömrün məhbusu kimiyəm
Gәl xoş günümdә gedişin olmasın hәdiyyә
Mәn inanmışdım ki, var olur hisslәr әbәdiyyәn
İnsan cənnətə gedirmiş әcәliylә
Yolunu gözlədim, demә getmәliyәm

Heç nә hiss elәmirәm o qızdan sonra
Necә ki torpaq quruyur
Sonuncu yağışdan sonra gördülәr ki
Ölmәdәn yaşayıram elә yaxşı sandılar
Sәn demә
Ağılla bir dәrd verirmiş yaş insanlara
Hәr gün içirdim elә sәhәri günümü düşünmәdәn
Sıxırdı düşüncәlәr
Nә vaxtsa başa düşәn gәlәr
Getmәdim universitetә, evdәkilәr nigaran orda
Mәn nә düz әmәlli tәlәbә oldum
Nә dә düz-әmәlli övlad

Atam mәnlә fәxr elәmәyә bәhanә tapmır
Heç nә o vaxtlardakı kimi deyil
Yanımda qalmır nә әzizlәrim
Nә dә ki tanışlarım yoruldum artıq
Dostlar xain idi, ya mәni qırağa mәsafә atdı

Tanrı qәlәmi aldı, yazdı bәxti qara mәtn
Eşq elәbil yağmurdur ki
Ola bilmir çarә çәtir
Mәnә ümidә işarә gәtir, bilim ki
Hardadır cәnnәt yalanlarında boğuldum
O da mәni ayırdı sәndәn

Fikirlәrim düyünlәnir, qırışır ovuclarım
Dәrimә hәris naxışlar çәkәrdi barmaq ucların
Düşündükcә yuxun qaçır, ağlını yorursa adım
Salam verәndәn sonra niyә
Hal-әhvalımı soruşmadın?

Yuxuda gördüyüm mәlәk pis günün elçisi idi
Ertәsindәn sәbәbsizcә tәrkedişindәn
Anladım daha
Yaddaşımda köhnә sәsin sevgi şәrqisiydi
Başqasıyla necә gülüm axı
Sәnli şәkillәr ağladırsa?

Hər keçən illərdə ömrün məhbusu kimiyəm
Gәl xoş günümdә gedişin olmasın hәdiyyә
Mәn inanmışdım ki, var olur hisslәr әbәdiyyәn
İnsan cənnətə gedirmiş әcәliylә
Yolunu gözlədim, demә getmәliyәm

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio