BadClause Music - Kim Bilir? mahnı sözləri (lyrics)
[BadClause Music - Kim Bilir? mahnı sözləri lyrics]
Bu sevgi qurma idi, yox tanrıdan asılılığı
Sәn idin isti gecәdә soyuq tәrәfi yastığımın
Hәzin qucaqlayardı dodaqların saqqalımı
Xoşbәxtliyi yaza bilmәdim heç vaxt
Çünki, o qәdәr cәsarәti
Tapa bilmәmişdim özümdә
İncimisәn mәndәn, bunu rәfiqәn dedi
Bax o an könlümdәn sәbәbsiz ayrıldı üzrlәr
Ertәsindәn günәş çıxan hәr gecәnin
Dünәnindә ayrıldıq biz
Sәni düşünmәmәk olmur, ruhuma sancı dolur
Sәnsizliklә görüşә bilәrәkdәn gәlmәmişdim
Ardınca qaçmaqdan ayaqlarım palçıq olub
Sәnә mәn hisslәrimi xәrclәmişdim
Ayrılığa üzülmüşdün, bahalı kafedә yox
Küçәdә olduğu üçün
Bağışla, ad gününә gәlmәmişdim
Gözündә şair deyilәm
Şeirlәrim ucuz olduğu üçün
Sanırdın ki, sәnsiz yaxşıyam mәn
Gözәlliyindәn yazıb sәni görә bilmәmәk var
Gecәlәr ulduza döndün sәmayla qucaqlaşıb
Göy üzünә baxdığımda sәni orda görmәmәk var
Ay işığın üzümә sәrsә, cisim yatar
Kölgәm ayılar
Sәnli günlәri axtarıb әli boş döndüm aydan
Gәlişini çox istәrәm, amma ki
O günü gözlәmәk var
Sırf sevirәm deyә hәr şeyә
Susub da söymәmәk var
Sevgidә tarix yazdıq
Birinci görüş gününü unutmağını gözlәmirdim
Şeirlәr üzrxahdır
Heç bir xәyanәt olmadan bu eşq gözdәn itdi
Bu evin tәnhalığını bir tәk sәnә borcluyam
Yaddaşımın dörd bir küncündә gәzir kölgәn
Ötәn xatirәlәr yazılarımdır
Danışım sәnsizliyi
Sәnsә başını çiynimә söykә
Qaçırdım illәrlә, bir addımlıq yolda yoruldum
Sәndәn çәkinmәdim, bircә özümdәn utanmışam
Otuz beş aydır yazıram
Öz hәqiqәtimdә boğuldum
Ruhum cisimdәn ayrıldı, özümә qonaqmışam
Ehtiyac yox alqışa, hәyatım sәhnә deyilmiş
Otaq söndü, qaraldı şam
Sırf sәni güldürmәk üçün şair olardı uşaq
Masada qәhvә tәk qalanda inandım ki
Qocalmışam mәn
Әsrlәrdir yaşayıram mәn, on doqquz il öncә
Sadәcә yenidәn gәldim dünyaya
Bәdәnimi ayaqlarım
Şeiriyyatımı daşıyır әllәr
Biz biz ikәn varlıq içrә
Son bir ildә tәrki-dünyayam
Ayılıb röyadan, vәrәqlәrimi yığışdırdım
Divanın bir küncündә bәdәnim sarsılıb tәmiz
Başqa otaqlarda tapmadım sәni
Qırılıb çәrçivәlәr, gözlәrindә boşdur dәhliz
Elә bil xoşdur sәnsiz, on dörd bәnd yazdım
On dörd bәnd azdır, o ağlı nasazdır
Bәlkә dә tәrkedişi onun ağlına mәn yazdım
Gözümdәn itmәsәydi, bu olanlar olmazdı
Olaydı 2014-ün dekabrı
O vaxt köhnә şәhәrә yeni xatirәlәr yazdıq
Şeirlәrimi eşidәn deyir - "ölür yazıq"
Mәn sәnin adını başlıq edib
Özümә bir ömür yazdım
Sәn olmasan bilmәrәm neylәrәm sәnsiz, gülüm
Belә olmaz, quruyar dodağım, söz tutmaz dilim
Bir vaxt әlini üzümә çәkәrsәn
Әgәr qalsam diri
Bu gün, ya sabah ölәrәm kim bilir, kim bilir?
(kim bilir)