BadClause Music, Lakonik - LeCiel mahnı sözləri (lyrics)
[BadClause Music, Lakonik - LeCiel mahnı sözləri lyrics]
Otağımdan səsin kəsilib, xeyrə yatmadım mən
Üzün varsa de haçan imdadına çatmadım mәn?
Başqalarını sənlə aldatdım, səni
Aldatmadım mən
Heç kim qarışa bilmir, illәrdir ki
yalan yazıram
Gözümdә müqәddәsliyinlә seçilmişdin heyif
Canımdan gedәni deyil
Mәn sәndәn qalanı yazıram
Hislәrin mәscidindә son tövbәdә etdin eyib
Çılpaq baxışlarla әlbisәlәr toxudum sәnә
Yaşatdığın hәr sәhnә, qüsur
Yoxsa qürurdurmu?
Nәfәsim sәndә qaldı, kimsәsizlik qoxuram yenә
Atdığım antidepresanlar səni unutdurur
Vәziyyәt qәlizdir
Daha saqqalımdan әtrin gәlmir
Sәbәbi sәnsәn deyә yarım olmaq belә xoşdur
"O, mәnlә ciddi fikirlәşir"
- dedin sәndәn fәrqli
Üstündәn 2 il keçib üzük barmağınsa boşdur
Həyatın tozlu pəncərəsinə gərəksizdir pərdə
Sən məni cənnətə həsrət qoydun, "gül" deyəndə
Vərəqdə ölümsüzsən, səni qələm öldürməyəndə
Sübh çağı gözəldir günəş, ulduzlar sönməyəndə
Hislərim ölməyəndə şeirimin ünvanı dəyişmir
Dedilər xoşbəxtdir o
Yaxşı ahu-zarı nə işdir?
Yalanlarla dəyişdi hər anı gəlişinin
Baxışın yenə gözəldir
Amma bir o əmmanı dəyişdir
Səbəbi olmadığım gülüşlərlə necə
Rahat yatar o?
Eşqi dәrk edәrsә, bütün deyimlәr batar
Sevilәr hәr halıyla, sevilәr eyiblәrlә yar
İnsanlarda olmayan səmimiyyət şeirlərdə var
Yadımda dün qalmısan təqvimimdə illər öncədə
Misram xoş deyil
Axı baxışlarını nədir gülümsədən?
İçindəki o yalan hissidir qəlbi ürpədən
Gözündən yaş süzülüncə yox
Yanıma mən ölüncə gəl
Gedirsən ayağında bir səs
Görürəm, izlərində palçıq olub qalıb bir kəs
Yağış ki, yağmır ilahi yanaqlarım niyə yaş?
Nə gəzir bir qadın bəyaz libasda gözlərimdə?
Axı mən qara geyimdə ötürdüm onu son görüşdə
O süveydası qəlbimin, bəyaz görünüşdə
O bilir, getsə, bu qapı taybatay açıq qalacaq
Qışın oğlan çağıdır o bilir, getsə
Ciyər vərəm olar
Bədən sətəlcəm, o bilir, aşiq olan kəs - mən
Ölmərəm vərəmdən ona görə rahatdır qəlbi
O bilir, soyuqdan ölsəm də
Qapını örtmərəm mən çün şaxtanı yaşadım mən
O mənə gecəni göstərəndə
İlahi, nə cür gecədir bu?
Ağ tavana baxır gözüm
Hanı bəs həmişə sərxoş olduğum o dəniz gözü?
İlahi, boğuldum bir qaşıq suda
Bə' nə cür üzüm? Bə' gedən ayaqların əlini
Tutmağa gələrmi üzüm?
Bir daha bir bahar ahı
Tutdu körpə gülün dərdiyimdə
Hər şeyi buraxdım axı mən
Hər özümə gəldiyimdə
İlahi, bu nə cür bir möcüzədir?
Siyahlarla ötürdüyüm bəyazlarla gözlərimdə
İndi axır göstərişlə gözlərimdən
Sanki haqq edib qalıb o
Qadın hər şeyiylə əzbərimdə
Qadınım tək o olar övlad əgər dərd-sərimsə
Nə gəzir bir qadın
Bəyaz libasda dərd-sərimdə?
Ahəstə axır zaman, gəlir ayağından bir səs
Dönmərəm boş yerə
Qalmasın açıq qapımız deyir
Mən sənə layiq olmadım, gedirəm görmə deyir
Məni bir daha öpmə deyir, öl deyir
Amma görməyim deyir
Qara paltarda o kəsin ayaqları
Qızarıb yanaqlarım bu qış günündə istidən
Bilirsən axı sən
Aşiq olan sazın siminə baxmaz
Bir vurar simə və iki oxuyar
O simsə könlü deşər
Birincidən gəldiyindən ilhamı
Islanıb yanaqlarım
Çün qırılır hər an başqa nöqtədən budaqlarım
Gözümdə yuyub sərdiyim öpüb qucaqladığım
Mənə qadınımdan təkcə qara paltar qalıb
Sənsiz ölərəm deyirdim, ölmədim əfv et, amma
Bir dadı qalmayıb onsuz qəhvənin də sənsiz
Bağışla, sənsiz ölərəm deyə zənn edirdim
Bəlkə də öldüm, heç yaşamadan da kəfənsiz