BadClause Music - Məktub mahnı sözləri (lyrics)

[BadClause Music - Məktub mahnı sözləri lyrics]

Salam danışan elə həminki adamdır
Uşaq ürəkli
Amma bir az da kobud olan qocamandır
Rəvadırsa danışacam bir şey haqda
Elə biz barədə
Ağıla gələn min bir əzab, canıma gəlib sadəcə

İstəmədiyim o yerdəyəm, istəmədiyim haldayam
Yarımçıq qalan içkiyəm, boş süfrədə dardayam
İzim yoxdur, nə də tozum mən hardayam?!
Onun maraq dairəsindən kənardayam
Necə bir əzabdır, ya necə əziyyətdir
Necə bir eşqdir bu?
Nəfəs nəfəsə dayaq ola bilmir
Daralır boşluğum bəlkə, son ayrılığın idi
Tənhalığıma tək sübut
Fərqli tərəfə getsək də
Biz eyni yolda yorğunuq

Durğunuq biraz, tənha çaylar kimiyik
Təbiət bizi sevmir


Biz barsız ağaclar kimiyik quruyan torpağıq
Sınıq budaqda yarpaq kimiyik
İnsan insana rast gələr
Amma biz dağlar kimiyik

İki divanə bir dəryada
Hekayə oldular bir misalə
Birisi axmağın biridir
Amma birisinə heyran aləm
Qalıblar eyni dərd içrə, ümidsizcə, biçarə
Üzə bilməsələr də, batmağa Rəbb verməz icazə

Bəlkə də, bir sınaqdı
Şair və şeiri tək qalıb
Sözlər vərəqə təslimdir
Bir cüt ayaq səs salıb
Gəzir yanağımın üstündə, naxış çəkir
Nəm salır cavan çəkilən üz cizgiləri idi
Səhvi rəssamın

Necə yaraşdıra bildi yad birinə
Bu qədər doğmalığı? Necə başa sala bildi bir
Yarıda sevginin olmadığın?
O, zalıma aldanan anda bağlandı yolu fağırın
Sonuncu boş səhifəm idi bu
Yazdığım son nağılım

Sonu kədərli son qədəhi bir
Ömürə bədəl edərmi sevgi?
Yüzü hədərdi bir nəfərə bir dəfə
Də mənlə bir gedərdi
Bu yolu necə kəsəkli daşlı
Olduğunu görəydi gərək
Məni tək görəydi gərək üzümə
Qəm hörəydi fələk
İçimdə bağırtılar baxışlarıma pərdə asıb
Görə bilmirəm həqiqəti və
Geyinirəm səhv libası
Əsir əllər, donuram istidə nə qışım var
Nə yazım
Həmişə su içdiyim quyuda, məzarımı tapdım
Qısası

Ömür bu nöqtəyə düyünlənibdir bir dəfəlik
Üzündə gülüş saxla və xatırlama kinlə məni
İnan yüz sevənin yaşayar
Amma uğruna ölər biri
Özünə yaxşı bax, hələlik
İmza: Sevgilərlə Miri

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio